Bəqərə Surəsi 252. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Bunlar (bu söylənilənlər) Allahın ayələridir (qüdrət nişanələridir) ki, onları sənə doğru-düzgün bildiririk. Sən, həqiqətən, (Allah tərəfindən seçilərək insanlara) göndərilən (mürsəl) peyğəmbərlərdənsən.
Elmir Quliyev :
Таковы аяты Аллаха. Мы читаем их тебе истинно, и ты один из посланников.
Ələddin Sultanov:
Bunlar Allahın ayələridir ki, onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən peyğəmbərlərdənsən.
Kerbelayi Malik ağa:
Bunlar Allahın ayələridir, onu sənə haqq ilə tilavət edirik (oxuyuruq). Şübhəsiz ki, sən əlbəttə göndərilən rəsullardansan.
Ələsgər Musayev:
Bu, ayətləridir Allahın, tilavat edirik onu üzərinə sənin haqq iləHəqiqətən, sən mürsəllərdənsən!
A.Mehdiyev və D.Cəfərli:
Bunlar Allahın ayələridir (tovhid qüdrət nişanələridir) ki, haqq olaraq sənə oxuyuruq. Həqiqətən sən göndərilənlərdənsən.
Kövsər Tağıyev:
Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən Allah tərəfindən göndərilmiş peyğəmbərlərdənsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar Allahın ayələridir ki, sənə haqq olaraq oxuyuruq. Həqiqətən sən peyğəmbərlərdənsən !
Sabirə Dünyamalıyeva:
Bax bunlar, Allahın ayələridir. Biz, onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz, sən həqiqətən göndərilənlərdənsən.