Bəqərə Surəsi 258. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahın verdiyi hakimiy-yətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin( əhvalatını) bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm öldürür!”– dedikdə (padşah): “Mən həm dirildir, həm öldürürəm!”– demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən onu məğribdən gətir!”– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını bilmirsən?) İbrahim: “Mənim tanrım həm dirildir, həm öldürür”, - dediyi zaman, o (Nəmrud): “Mən həm dirildir, həm öldürürəm”, - demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!” dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah (özünə) zülm edənləri düz yola yönəltməz!
Elmir Quliyev :
Не знаешь ли ты о том, кто спорил с Ибрахимом (Авраамом) относительно его Господа, поскольку Аллах даровал ему царство? Ибрахим (Авраам) сказал ему: "Мой Господь Тот, Кто дарует жизнь и умерщвляет". Он сказал: дарую жизнь и умерщвляю". Ибрахим (Авраам) сказал: "Аллах заставляет солнце восходить на востоке. Заставь же его взойти на западе". И тогда тот, кто не уверовал, пришел в замешательство. Аллах не ведет прямым путем несправедливых людей.
Ələddin Sultanov:
Allah İbrahimə hökmranlıq verdiyinə görə Rəbbi barəsində onunla (İbrahimlə) mübahisə edən şəxsi (Nəmrudu) görmədinmi? O zaman İbrahim demişdi: “Mənim Rəbbim dirildir öldürür”. O da: “Mən dirildir öldürürəm”, demişdi. İbrahim: “Şübhəsiz ki, Allah Günəşi şərqdən gətirir. Sən onu qərbdən gətir!” demiş, həmin vaxt o kafir donub qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz!
Kerbelayi Malik ağa:
Allahın ona hökmdarlıq verməsi səbəbiylə (azaraq) Rəbbi haqqında İbrahim ilə mübahisə edən kimsəni görmədinmi? İbrahim (ə.s) (ona): ‘Mənim Rəbbim ki, O dirildər öldürər.’ demişdi. (O da): ‘Mən dirildər öldürərəm.’ dedi. İbrahim (ə.s): ‘Elə isə şübhəsiz ki, Allah Günəşi şərqdən gətirir, sən onu qərbdən gətir.’dedi. O zaman (Allahı) inkar edən kimsə çaşıb qaldı (cavab verə bilmədi). Allah zalımlar qövmünü hidayətə ərdirməz.
Ələsgər Musayev:
Ə, görmədinmi o kəsi ki, Ibrahimlə onun Rəbbi barəsində mübahisə edirdi hansı ki, əta etmişdi ona Allah mülk? Onda Ibrahim dedi: «Mənim Rəbbim Odur ki, həyat verir öldürür». Dedi: «Mən həyat verirəm öldürürəm». Dedi Ibrahim: «Həqiqətən, Allah şəmsi şərqdən gətirir sən onu qərbdən gətir!» mat qaldı o kəs ki, kafir idi. Allah hidayət etməz zalim qoumu!
A.Mehdiyev və D.Cəfərli:
Allahın verdiyi hökmdarlıq üzündən öyünərək İbrahimlə Rəbbi barəsində höcətləşən kəsi (Nəmrudu, qəlb gözü ilə) görmədinmi? İbrahim «mənim Rəbbim dirildən öldürəndir» deyən zaman o dedi: «Mən (də) dirildirəm öldürürəm (iki məhkumdan birini azad edir, digərini isə öldürürəm)». İbrahim dedi: «Həqiqətən (mənim) Allah(ım) günəşi şərqdən çıxarır, sən onu qərbdən çıxar!» Belə olan halda kafir olmuş kəs, mat-məəttəl qaldı. Allah zalım qövmü əsla hidayət etmir.
Kövsər Tağıyev:
Allah ona hökmranlıq verdi deyə (təkəbbür göstərərək) Rəbbi haqqında İbrahim ilə mübahisə edəni görmədinmi? İbrahim: “Mənim Rəbbim dirildər öldürər”, demiş, o da: “Mən dirildərəm öldürərəm”, demişdi. (Cavab olaraq) İbrahim: “Şübhəsiz ki, Allah günəşi şərqdən gətirir, sən onu qərbdən gətir”, dediyi zaman kafir donub qaldı. Onsuz da Allah zalımlar qövmünü hidayətə yetirməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sən Allahın İbrahimə hökmranlıq verməsinə görə Rəbbi barəsində onunla höcətləşən kəsi görmədin? O zaman İbrahim dedi: "Rəbbim, həyat bəxş edən dirildəndir." O isə: "Mən öldürüb-dirildərəm"-dedi. İbrahim söylədi: "Allah günəşi şərqdən çıxarır, sən isə onu qərbdən çıxart." Kafir adam çaşıb qaldı. Allah axı zalımları düz yolla aparmır.
Sabirə Dünyamalıyeva:
Allah ona hökmdarlıq verdi deyə, Rəbbi barəsində İbrahimlə mübahisə edən kəsi görmədinmi/heç düşünmədinmi? Bir vaxt İbrahim, "Mənim Rəbbim dirildən öldürəndir" demişdi. O, "Mən dirildir öldürürəm" demişdi. İbrahim, "Elə isə, şübhəsiz ki, Allah, günəşi məşriqdən gətirir, bacarırsansa, sən onu məğribdən gətir!" dedikdə, o kafir [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən adam] çaşıb qaldı. -Və Allah özlərinə haqsızlıq edənlər qövmünə doğru yolu göstərməz.-