Bəqərə Surəsi 259. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
ya (damları) uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (hekayətini) bilmirsənmi? O demişdi: “Allah bu kəndiölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən az qaldım!” (Allah) dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə içdiyin suya bax, hələ xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona (həqiqət) bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi.
Bünyadov-Məmmədəliyev:
Yaxud (Ya Rəsulum! Damları çökmüş, divarları) uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: “Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: “Nə qədər yatmısan?” deyə soruşdu. O da: “Bir gün, bəlkə, bir gündən daha az” deyə cavab verdi. Allah ona: “Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ xarab olmayıb. Bir uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi (uzunqulağının) sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?” deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: “Artıq bildim ki, Allah hər şeyə qadirdir!” dedi.
Elmir Quliyev :
Или над тем, кто проходил мимо селения, разрушенного до основания? Он сказал: "Как Аллах воскресит это после того, как все это умерло?" Аллах умертвил его на сто лет, а затем оживил и сказал: "Сколько ты пробыл здесь?" Он сказал: пробыл день или часть дня". Он сказал: "Нет, ты пробыл сто лет. Посмотри на свою еду и воду: они даже не изменились. И посмотри на своего осла. Мы непременно сделаем тебя знамением для людей. Посмотри же, как Мы соберем кости, а затем покроем их мясом". Когда это было показано ему, он сказал: знаю, что Аллах способен на всё".
Ələddin Sultanov:
Yaxud xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (Üzeyir əleyhissalamın xəbərini eşitmədinmi)? O demişdi: “Allah buranı ölümündən sonra necə dirildəcək?” Beləcə, Allah onu yüz illiyinə öldürdü. Sonra onu diriltdi və: “Nə qədər (yatıb) qaldın?” - dedi. O dedi: “Bir gün, yaxud bir gündən az qaldım”. (Allah ona) dedi: “Əksinə, yüz il qalmısan. Yeməyinə suyuna bax, hələ xarab olmayıb. Bir uzunqulağına bax (ölüb sadəcə sümükləri qalıb)! Səni insanlar üçün ibrət dərsi etmək məqsədilə (belə etdik). (Uzunqulağın) sümüklərinə bax, gör onları necə birləşdirir, sonra da onları ətlə örtürük!” Ona (hər şey) aydın olan zaman: “İndi yaxşı bilirəm ki, Allah hər şeyə qadirdir!” dedi.
Kerbelayi Malik ağa:
Damları üzərinə çökmüş (altı üstünə gəlmiş) bir kənddən keçən kimsənin ‘Allah bunu (bu qəsəbəni) ölümündən sonra necə dirildəcək?’ deməsi kimi. Bunun üzərinə Allah onu yüz il öldürdü. Sonra da diriltdi. Ona ‘Nə qədər (ölü bir vəziyyətdə) qaldın?’ dedi. O da: ‘Bir gün ya günün bir qismi qədər.’ dedi. Allah: ‘Xeyr, yüz il qaldın. Yemək-içməyinə bax, xarab olmayıb. Eşşəyinə bax. (Bu) səni insanlara bir ayə (canlı bir ibrət) etməyimiz üçündür. Sümüklərə bax. Onları necə inşa edirik (sümükləri birləşdirərək skeleti qururuq) sonra ona ət geydiririk.’ Beləcə (eşşək dirilib əvvəlki halına gəlincə hər şey) ona açıq-aşkar bəlli olunca: ‘Allahın hər şeyə qadir olduğunu bilirəm.’ dedi.
Ələsgər Musayev:
Ya o kəs kimi ki, bir kənddən keçirdi o dağılmışdı əsasından onun. Dedi: «Necə həyat verəcək buna Allah, ölümündən sonra?» Öldürdü Allah onu yüz il, sonra qaldırdı onu. Dedi: «Nə qədər qalıbsan?» Dedi: «Qaldım bir gün, ya günün bəzisi hissəsini». Dedi: «Bəli, qalıbsan yüz il! Nəzər sal təamına içəcəyinə, heç xarab olmayıb. nəzər sal ulağına edək səni insanlar üçün ayət. nəzər sal sümüklərə, necə onları yığacağıq, sonra onu ətlə örtəcəyik!» amma elə ki, bəyan oldu onun üçün, dedi: «Bildim ki, Allah üzərində külli şeyin Qadirdir!»
A.Mehdiyev və D.Cəfərli:
Yaxud (evlərinin damı çökmüş və) divarları damlarının üzərinə uçmuş (və sakinlərinin cəsədləri çürüyüb dağılmış) kənddən keçən (kəs) kimisini (görmüsənmi)? (O, təəccüblə öz-özünə) dedi: «Allah bunları ölümlərindən sonra necə dirildəcək?!» Buna görə Allah onu yüz il öldürdü, sonra diriltdi (və) dedi: «(Burada) qədər qalmısan?» Dedi: «Bir gün, ya günün bir hissəsini (qalmışam)». Dedi: «Xeyr, yüz il qalmısan; yemək-içməyinə bax ki, heç dəyişməyib uzunqulağına bax (gör necə çürüyüb dağılıb). Biz (bunu sənin istəyini yerinə yetirmək və) səni insanlara (Öz tovhid qüdrətimizin) nişanə(si) etmək üçün (etdik). Bax (gör uzunqulağının) sümükləri(ni) necə götürür (və onları bir-birinə birləşdirir), sonra onların üstünə ət örtürük! Beləliklə (dirilməyin necəliyi) ona aydın olduqda, dedi: «İndi bilirəm ki, Allah hər şeyə qadirdir (və indi bunu öz gözlərimlə görüb yəqinlik əldə etdim).
Kövsər Tağıyev:
Yaxud alt-üst olmuş (viran qalmış) bir şəhərdən keçən kimsəni görmədinmi? O: “Allah buranı ölümündən sonra necə dirildəcək (əcəba)?” demişdi. Belə olduqda Allah onu öldürüb yüz il ölü saxladı, sonra diriltdi ondan soruşdu: “Nə qədər (ölü) qaldın?” O: “Bir gün ya bir gündən daha az qaldım”, deyə cavab verdi. Allah belə dedi: “Xeyr, yüz il qaldın. Yeməyinə içməyinə nəzər sal, hələ xarab olmayıb. Bir ulağına bax! Səni belə etdik ki, insanlar üçün ibrət olasan. (Ulağın) sümüklər(in)ə bax, gör onları necə birləşdirir, sonra onlara necə ət geyindiririk?” Bütün bunlar ona açıq-aşkar bəlli olduqda belə dedi: “İndi bilirəm ki, şübhəsiz, Allahın qüdrəti hər şeyə haqqı ilə yetər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud damları çökmüş bir kənddən keçən kəsi (görmədinmi) ? O dedi: "Bunu kəndi ölümündən sonra Allah necə dirildə bilər?" Allah həmin kəsi yüz illiyə öldürdü, sonra isə onu dirildərək dedi: "Nə qədər uymuş qaldın?" O dedi: "Bir gün ya bir gündən az qaldım." Allah isə dedi: "Xeyr, sən yüz il qaldın, öz yeməyinə, içməyinə diqqət yetir, heç xarab olmayıbdır. Ulağına da bax,- bu, ona görədir ki, Biz səni insanlar üçün bir dəlil edək ! -sümüklərə bax; gör Biz onları necə dikəldib üstlərini ətlə örtürük." Ona aydın olduqdan sonra dedi: "Artıq mən bilirəm ki, Allah hər şeyə qadirdir!"
Sabirə Dünyamalıyeva:
bəzi kafirlərin [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlərin] halı da, evlərinin damları çökmüş bir şəhərə yolu düşən kimsə kimidir. O kimsə, "Bunu, bu ölümdən sonra Allah necə dirildəcək ?!" deyərək inanmadığını göstərdi. Belə olduqda, Allah onu yüz il öldürdü, sonra diriltdi. Allah, "Nə qədər qaldın?" dedi. O, "Bir gün yaxud bir günün bir hissəsi qədər qaldım" dedi. Allah, "Əksinə, sən yüz il qaldın, belə olduğu halda, yeməyinə-içməyinə bax, hələ xarab olmayıb, uzunqulağına bax. -Biz, bunu, sən biləsin səni insanlar üçün bir ayə edək deyə belə etdik.- O sümüklərə bax, gör onları necə qaldırırıq. Sonra onların [üstünə] necə ət geydiririk?" dedi. Beləcə, ona açıqa-aşkar məlum olduqda, "Şübhəsiz ki, Allahın hər şeyə qadir olduğunu [indi] daha yaxşı bilirəm" dedi.