Əlixan Musayev:
(Yusuf) dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. (Qadının) ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, (qadın) doğru deyir, o isə yalançılardandır.
Bünyadov-Məmmədəliyev:
(Yusif) dedi: “O məni tovlayıb yoldan çıxartmaq (mənimlə yaxınlıq etmək) istədi!” Bir şahid (Züleyxanın beşikdə olan körpə əmisi oğlu) belə şəhadət verdi: “Əgər (Yusifin) köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır.
Elmir Quliyev
:
Он сказал: "Это она пыталась соблазнить меня". А свидетель из ее семьи сказал: "Если его рубаха разорвана спереди, то она говорит правду, а он — один из тех, кто лжет.
Ələddin Sultanov:
Yusif dedi: “O məni tovlayıb yoldan çıxartmaq istədi!” (Züleyxanın) qohumlarından biri belə şahidlik etdi: “Əgər Yusifin köynəyi qabaqdan cırılmışsa, deməli, (Züleyxa) doğru deyir, o isə yalançılardandır.
Kerbelayi Malik ağa:
(Yusif belə) dedi: ‘O mənimlə yaxınlıq etmək istədi.’ Onun (qadının) ailəsindən bir şahid şahidlik etdi. ‘Əgər onun köynəyi öndən cırılmış isə o təqdirdə, o (qadın) doğru söyləmişdir və o (kişi) yalançılardandır.’
Ələsgər Musayev:
Dedi: «O məni özünə tərəf dəvət etdi» və
onun əhlindən bir şahid şəhadət verdi: «Əgər onun paltarı
qabaqdan cırılıbsa, arvad doğru deyir və o, yalançıdır.
A.Mehdiyev və D.Cəfərli:
(Yusuf) dedi: «Bu qadın məndən kam almaq istədi.» Və qadının ailəsindən olan bir şahid (bir müdrik kişi və ya beşikdə olan bir körpə) şəhadət verdi (onları əqli dəlilə doğru istiqamətləndirdi və o, köynəyin necə cırılması məsələsidir) ki: «Əgər onun köynəyi qabaqdan cırılıbsa, onda qadın düz deyir və o, yalançılardandır.»
Kövsər Tağıyev:
Yusuf: “O, məndən həvəsini almaq istədi”, – dedi. Qadının ailəsindən bir şahid də belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru söyləmişdir, o (Yusuf ) yalançılardandır”.
M.Qənioğlu və T.Bilaloğlu:
O [Yusuf] dedi: "O məni yoldan çıxartmaq istəyirdi". Onun [qadının] ailəsindən olan bir nəfər belə şahidlik etdi: “Əgər köynəyi qabaq tərəfdən cırılıbsa, bu [qadın] düz deyir, o isə yalançıdır.
Sabirə Dünyamalıyeva:
Yusif: "O, məndən, nəfsimdən faydalanmaq istədi" dedi. Və o xanımın yaxınlarından bir şahid şahidlik etdi: "Əgər Yusifin köynəyi öndən cırılmışsa, xanım doğru söyləmişdir, Yusif da yalançılardandır.