Əlixan Musayev:
Allah istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür.
Bünyadov-Məmmədəliyev:
Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. (Məkkəlilər) dünya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (neməti) axirət həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir (dünya neməti müvəqqəti, axirət neməti isə əbədidir).
Elmir Quliyev
:
Аллах увеличивает или ограничивает удел тому, кому пожелает. Они радуются мирской жизни, но ведь мирская жизнь по сравнению с Последней жизнью — всего лишь преходящее удовольствие.
Ələddin Sultanov:
Allah dilədiyi kimsəyə ruzisini bol verər, dilədiyinin ruzisini də azaldar. Onlar dünya həyatı ilə sevinib təkəbbürləndilər. Halbuki dünya həyatı axirət ilə müqayisədə yalnız müvəqqəti mənfəətdən ibarətdir.
Kerbelayi Malik ağa:
Allah dilədiyi kimsənin ruzisini çoxaldar və azaldar. Onlar dünya həyatı ilə sevinərlər (fərəhlənərlər). Dünya həyatı axirət həyatı yanında (ötüb keçici) bir zövqdən başqa bir şey deyil.
Ələsgər Musayev:
Allahdır ki, ruzisini artırır kimə istəsə və qədərincə edir. Fərəhlənirlər dünya həyatı ilə və nə ki, dünya həyatı axirətdə mətahdır.
A.Mehdiyev və D.Cəfərli:
İstədiyi kəs üçün (maddi və mənəvi) ruzini çoxaldan və ya azaldan Allahdır! Onlar (kafirlər) dünya həyatına sevinirlər, halbuki, dünya həyatı axirət müqabilində (cüzi) bir paydan başqa bir şey deyildir.
Kövsər Tağıyev:
Allah istədiyinə ruzini bol verər, (istədiyinin ruzisini də) daraldar. Onlar isə dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətin yanında çox az mənfəətdən ibarətdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah istədiyi kəsə bol, istədiyi kəsə az ruzi verər. Onlar isə bu dünya həyatı ilə qürrələnib fərəhlənirlər. Lakin bu dünya həyatı axirətlə müqayisədə ancaq ötəri bir ləzzətdir.
Sabirə Dünyamalıyeva:
Və Allah, dilədiyi kimsənin ruzisini bol da edər, məhdudlaşdırar da. Onlar isə bəsit dünya həyatı ilə fərəhləndilər. Halbuki bəsit dünya həyatı, axirətdə sadəcə bir paydır.