Əlixan Musayev:
Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi.
Bünyadov-Məmmədəliyev:
Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də (hiss edib) bilmədilər ki, əzab onlara haradan gəldi.
Elmir Quliyev
:
Козни строили еще те, которые жили до них, но Аллах разрушил основание их строения. Крыша обрушилась на них сверху, и мучения постигли их оттуда, откуда они их не ожидали.
Ələddin Sultanov:
Onlardan əvvəlkilər də (peyğəmbərlərə) hiylə qurmuşdular. Ancaq Allah onların binalarını bünövrəsindən sökdü və tavan yuxarıdan onların üstünə çökdü. Əzab onlara heç ağıllarına gəlməyən bir yerdən gəlmişdi.
Kerbelayi Malik ağa:
Onlardan əvvəlkilər də hiylə işlətmişdilər. Allah onların binalarını təməlindən dağıtdı. Beləcə tavanları başlarının üstündən üzərlərinə çökdü. Onlara əzab gözləmədikləri yerdən gəldi.
Ələsgər Musayev:
Məkr etdilər o
kəslər ki, bunlardan qabaq var idilər və Allah onların binalarını
bünövrəsindən məhv etdi. Damları yuxarıdan onların başlarına
düşdü və onlara əzab gəldi oradan ki, onlar şüursuz idilər.
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, onlardan qabaqkılar da (öz peyğəmbərlərinə qarşı) hiylə işlətmişdilər. Allah onların (bina və yaşayışlarının) bünövrəsini kökündən sarsıtdı və nəticədə başlarının üstündən tavan üzərlərinə çökdü. Və onlara bilmədikləri yerdən əzab yetişdi.
Kövsər Tağıyev:
Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allahın əzabı onların binalarını təməlindən yıxdı, tavanları başlarına çökdü və əzab onlara fərqində olmadıqları yerdən gəldi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan əvvəlkilər də məkr işlətdilər. Allah onların yurd- yuvalarını təməlindən dağıtdı və yuxarıdan tavan üstlərinə töküldü. Onlara əzab heç duymadıqları yerdən gəldi.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, onlardan əvvəlki kəslər tələ qurdular, Allah da onların divarlarına bünövrəsindən vurdu. Sonra da tavan başlarına çökdü. Və onlara əzab, ağıllarına gəlməyən bir tərəfdən gəldi.