Əlixan Musayev:
Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin (malını) lazım olmayan yerə sərf etmə.
Bünyadov-Məmmədəliyev:
Qohum-əqrəbaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə!
Elmir Quliyev
:
Отдавай должное родственнику, бедняку и путнику, но не расточай чрезмерно.
Ələddin Sultanov:
Qohumlara, yoxsullara və yolda qalanlara haqqını ver, lakin israfçılıq etmə!
Kerbelayi Malik ağa:
Qohuma, miskinlərə (çalışa bilməyəcək vəziyyətdə olan qocalara) və yolda olanlara haqqını ver! Sovuraraq israf etmə!
Ələsgər Musayev:
Yaxına və
miskinə və yol oğluna öz haqqın ver və israfkarlıq edərək israf
etmə!
A.Mehdiyev və D.Cəfərli:
Və qohumların haqqını (öz qohumlarının və Peyğəmbərinin (s) qohumlarının haqqını) və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver və heç bir şəkildə israf və artıq xərc etmə (malı haram yolda xərcləmə və halal yolda xərcləməkdə həddini aşma).
Kövsər Tağıyev:
Qohum-əqrəbaya, yoxsula və yolda qalmış yolçuya haqlarını ver, lakin səpib dağıtma.
M.Qənioğlu və T.Bilaloğlu:
Qohum-əqrəbaya da, yoxsula da, yolçuya da öz haqlarını ver, lakin çox israfçılıq etmə.
Sabirə Dünyamalıyeva:
Yaxınlara; yurdlarından çıxarılan kasıblara, yoxsula və yolda qalana da haqqını ver. Və yersiz/pis işlər üçün xərcləmə.