Əlixan Musayev:
Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!”(– demişdik.)
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün (bütlərdən) təmizlə!”
Elmir Quliyev
:
Вот Мы указали Ибрахиму (Аврааму) на место Дома (Каабы): "Ничего не приобщай ко Мне в сотоварищи и очищай Мой Дом (Каабу) для тех, кто совершает обход, выстаивает намазы, кланяется и падает ниц".
Ələddin Sultanov:
Bir zaman İbrahim üçün Evin (Kəbənin) yerini hazırlamışdıq (və belə demişdik): “Heç bir şeyi Mənə şərik qoşma! Təvaf edən, qiyamda duran, rüku edən və səcdəyə qapanan kimsələr üçün Mənim evimi təmiz saxla!”
Kerbelayi Malik ağa:
Hz. İbrahimə Beytin məkanını (Kəbənin yerini) göstərdiyimiz zaman: ‘Mənə heç bir şeyi şərik qoşma! Beytimi (Evimi) təvaf edənlər, qiyamda olanlar, rüku edənlər və səcdə edənlər üçün təmizlə!’ (dedik).
Ələsgər Musayev:
Onda təyin
etdik Ibrahim üçün evin məkanını: «Mənə şərik qərar vermə
bir şeyi və pak et Mənim evimi ötüb keçənlər və ayağa
qalxanlar və əyilərək səcdə edənlər üçün!»
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o zaman(ı) ki, İbrahim üçün (Kə'bənin sütunlarını Adəmin qoyduğu təməl üzərində qaldırsın deyə) Kə'bə evinin yerini hazırladıq (və ona dedik) ki: «(Bu evin həcc mərasimində) heç nəyi Mənə şərik qoşma və Mənim evimi təvaf edənlər, (ibadətə) duranlar və ruku və səcdə edənlər üçün təmizlə!»
Kövsər Tağıyev:
Bir vaxt biz İbrahimə: “Mənə heç bir şeyi şərik qoşma, təvaf edənlər, namaz qılanlar, rüku və səcdə edənlər üçün evimi təmizlə”, – deyərək Kəbənin yerini bildirmişdik.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman biz İbrahim üçün Evin [Kəbənin] yerini hazırlayıb (dedik): "Heç nəyi Mənə şərik qoşma! Təvvaf edənlər üçün, orada olanlar və diz çöküb səcdə edənlər üçün Evimi (bütlərdən) təmizlə!"
Sabirə Dünyamalıyeva:
Və Biz bir zamanlar, "Əsla Mənə heç bir şeyi şərik qoşma; gəzişənlər, orada haqsızlığa baş qaldıranlar, Allahın birliyini təsdiq edənlər, boyun əyib tabeçilik göstərənlər üçün evimi tərtəmiz et, onlara məxsus müəyyən mənfəətlərə şahid olsunlar