Əlixan Musayev:
Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar. Onları bağışlanma və bolluca ruzi gözləyir.
Bünyadov-Məmmədəliyev:
Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. (Pis sözlər pis adamlara, pis adamlar pis sözlərə, eləcə də yaxşı sözlər yaxşı adamlara, yaxşı adamlar da yaxşı sözlərə layiqdirlər). Bunlar (Aişə və Səfvan kimi pak adamlar) onların (münafiqlərin) dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar. Onları (günahlardan) bağışlanma və (Cənnətdə) tükənməz (minnətsiz) ruzi gözləyir!
Elmir Quliyev
:
Скверные женщины — для скверных мужчин, а скверные мужчины — для скверных женщин, и хорошие женщины — для хороших мужчин, а хорошие мужчины — для хороших женщин. Они непричастны к тому, что говорят клеветники. Им уготовано прощение и щедрый удел.
Ələddin Sultanov:
Murdar qadınlar murdar kişilərə, murdar kişilər də murdar qadınlara məxsusdur. Təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara məxsusdur (yaraşır). Onlar (iftiraçıların) söylədiklərindən uzaqdırlar. Onlar üçün bağışlanma və gözəl bir ruzi vardır.
Kerbelayi Malik ağa:
Pis qadınlar pis kişilər üçündür. Pis kişilər pis qadınlar üçündür. Təmiz qadınlar təmiz kişilər üçündür. Təmiz kişilər təmiz qadınlar üçündür. Onlar (özləri haqqında) deyilənlərdən uzaq olanlardır. Onlar üçün məğfirət və kərim (Allahdan ikram edilən) ruzi vardır.
Ələsgər Musayev:
Xəbis qadınlar xəbis kişilər üçün və xəbis kişilər xəbis qadınlar üçündür! Pak qadınlar pak kişilər üçün və pak kişilər pak qadınlar üçündür! Onlar o sözlərdən deyirlər, tamam uzaqdırlar. Bağışlanmaq və kəramətli ruzi onlar üçündür!
A.Mehdiyev və D.Cəfərli:
(Əqidə, əxlaq və əməldə) xəbis qadınlar xəbis kişilər üçün və xəbis kişilər xəbis qadınlar üçündürlər (onlar zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Həmçinin (pis əqidə, əxlaq və əməldən) pak qadınlar pak kişilər üçün və pak kişilər pak qadınlar üçündürlər (bunlar da öz nürani zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Onlar (paklar başqalarının onlar barəsində) dediklərindən pak və uzaqdırlar. Onlar üçün (dünya və axirətdə) bağışlanma və dəyərli ruzi vardır.
Kövsər Tağıyev:
Pis qadınlar pis kişilərə, pis kişilər də pis qadınlara, təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdir. O təmiz olanlar iftiraçıların söylədikləri şeylərdən uzaqdırlar. Onlar üçün bir məğfirət və bol ruzi var.
M.Qənioğlu və T.Bilaloğlu:
Pis qadınlar pis kişilər üçün və pis kişilər pis qadınlar üçündür. Yaxşı qadınlar yaxşı kişilər üçün və yaxşı kişilər yaxşı qadınlar üçündür. Onların [böhtançıların] dediklərinin bunlara [yaxşı kişi və qadınlara] dəxli yoxdur. Bunlara bağışlanma və bol ruzi olacaqdır.
Sabirə Dünyamalıyeva:
Pis qadınlar pis kişilər, pis kişilər də pis qadınlar üçündür; təmiz qadınlar təmiz kişilər, təmiz kişilər də təmiz qadınlar üçündür/pis sözlər, çirkin işlər pis adamlara yaraşar. Yaxşı-gözəl söz və işlər də, yaxşı-gözəl adamlara yaraşar. Bax onlar, böhtan atanların söylədiklərindən çox uzaq olanlardır. Onlar üçün bağışlanma və dəyərli bir ruzi var.