Qəsəs Surəsi 26. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qızlardan biri dedi: “Atacan! Onu muzdla işə götür, çünki o, muzdla işə götürdüklərinin ən yaxşısı, güclü etibarlı olanıdır”.
Bünyadov-Məmmədəliyev:
(O iki qızın) biri dedi: “Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!”
Elmir Quliyev :
Одна из двух женщин сказала: "Отец мой! Найми его, ведь лучшим из тех, кого ты наймешь, будет тот, кто силен и заслуживает доверия".
Ələddin Sultanov:
Qızlardan biri: “Atacan! Onu muzdla (çoban) tut! Həqiqətən, o, muzdla tutduqlarının ən yaxşısı, ən güclüsü ən etibarlısıdır”, - dedi.
Kerbelayi Malik ağa:
İki qızdan biri: ‘Atacan! Onu ücrətlə tut. Şübhəsiz ki, o, ücrətlə tutduqlarından daha xeyirli, güclü etibarlıdır.’ dedi.
Ələsgər Musayev:
Onlardan biri dedi: «Ay ata, tut onu ?crl?. H?qiq?t?n, o xeyirlidir ?crl? tutduqlar?ndan gucludur, ?mindir!»
A.Mehdiyev və D.Cəfərli:
O iki qadından biri dedi: «Atacan, onu (muzdla) işə götür, çünki (bu) güclü etibarlı (adam) muzdla tutduqlarının ən yaxşısıdır».
Kövsər Tağıyev:
Qızlardan biri: “Atacan, onu muzdla tut. Bu güclü etibarlı adam sənin muzdla tutduqlarının ən xeyirlisi olar”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Qadınlardan biri dedi: “Ata, onu işə götür, axı o, işə götürdüklərinin ən yaxşısı, qüvvətli etibarlı olan kəsdir.
Sabirə Dünyamalıyeva:
Onun iki qızından biri: "Atacan! Onu muzdla tut. Şübhəsiz, muzdla tutulan kəslərin ən yaxşısı, güclü etibarlı olanıdır" dedi.