Əlixan Musayev:
De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!
Elmir Quliyev
:
Скажи: "О Аллах, Владыка царства! Ты даруешь власть, кому пожелаешь, и отнимаешь власть, у кого пожелаешь. Ты возвеличиваешь, кого пожелаешь, и унижаешь, кого пожелаешь. Все благо — в Твоей Руке. Воистину, Ты способен на всё.
Ələddin Sultanov:
De: “Ey mülkün sahibi olan Allah! Dilədiyin kimsəyə mülkü verərsən, dilədiyindən də mülkü alarsan. Dilədiyin kimsəni yüksəldər, dilədiyini də alçaldarsan. (Hər cür) xeyir Sənin əlindədir. Şübhəsiz ki, Sən hər şeyə qadirsən!
Kerbelayi Malik ağa:
De ki: ‘Mülkün Maliki (sahibi) olan Allahım. Mülkü dilədiyinə verərsən və dilədiyindən mülkü alarsan. Dilədiyini əziz edərsən və dilədiyini zəlil edərsən. ‘Xeyir’ sənin əlindədir. Şübhəsiz ki, sən hər şeyə qadirsən.
Ələsgər Musayev:
De: «Allahım mənim, Malikisən mülklərin! Verirsən mülk
kim istəsə və alırsan mülkü kim istəsə və izzətlidir kim
istəsə və zillətlidir kim istəsə. Sənin əlinlədir xeyir! Həqiqətən,
Sən üzərində külli şeyin Qadirsən!
A.Mehdiyev və D.Cəfərli:
De: «Allah?m! Ey h?r bir mulkun h?qiqi sahibi! Ey butun hokum?tl?r uz?rind? mutl?q hakim! Ist?diyin k?s? hokmdarl?q verir v? ist?diyin k?sd?n hokmdarl?g? al?rsan, ist?diyin? izz?t verir v? ist?diyini xar edirs?n! Xeyir(in h?qiq?ti) S?nin ?lind?dir. Dogrudan da S?n h?r bir sey? qadirs?n».
Kövsər Tağıyev:
De ki: “Ey mülkün sahibi olan Allahım! Sən mülkü istədiyinə verirsən. İstədiyindən də mülkü alırsan. İstədiyini izzətli edirsən, istədiyini zəlil edirsən. Xeyir sənin əlindədir. Şübhəsiz, sən hər şeyə haqqı ilə qadirsən”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Ey mülkün sahibi Allah! Sən istədiyin kəsə mülk verib istədiyin kəsdən mülkü geri alırsan, istədiyin kəsə qüdrət verib, istədiyin kəsi zillətə salırsan. Xeyirxahlıq Sənin Öz əlindədir, Sən hər şeyə qadirsən!
Sabirə Dünyamalıyeva:
De ki: "Ey hökmranlığın hökmranı Allahım! Sən hökmranlığı dilədiyin kimsəyə verərsən, dilədiyin kimsədən də hökmranlığı çəkib alarsan, dilədiyin kimsəni güclü edərsən, dilədiyin kimsəni də alçaq, rəzil edərsən. Xeyir Sənin əlindədir. Şübhəsiz, Sən hər şeyə qadirsən!