Səcdə Surəsi 26. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yurdlarında gəzib-dolaşdıqları əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Həqiqətən, bunda ibrətlər vardır. Məgər onlar qulaq asmırlar?
Bünyadov-Məmmədəliyev:
Məgər onlar indi yurdlarında gəzib-dolaşdıqları özlərindən əvvəlki neçə-neçə nəsilləri (peyğəmbərlərini yalançı saydıqlarından ötrü) məhv etdiyimizi görmürlərmi? Həqiqətən, bunda (Məkkə müşrikləri üçün) ibrətlər vardır. Məgər (haqqa) qulaq asmayacaqlar?
Elmir Quliyev :
Неужели их не привело на прямой путь то, что Мы погубили до них столько поколений, по жилищам которых они ходят? Воистину, в этом есть знамения. Неужели они не прислушаются?
Ələddin Sultanov:
Əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola yönəltmədimi? Halbuki özləri onların yurdlarında gəzib dolaşırlar. Həqiqətən, bunda ibrətlər vardır. Yenə (haqqı) dinləmirlərmi?
Kerbelayi Malik ağa:
Onları hidayətə ərdirmədimi? Onlardan əvvəlki nəsillərin qədərini həlak etdik. Onların (əvvəlcə) məskun olduqları yerlərdə (yurdlarında) gəzib dolaşırlar. Şübhəsiz ki, bunda əlbəttə ayələr (dəlillər, ibrətlər) vardır. Hələ eşitməyəcəklərmi?
Ələsgər Musayev:
Ə, olmadımı onlar üçün hidayət, qədər həlak etdik onlardan qabaq qərinələrdən ki, indi onların məskənlərində gəzirlər? Həqiqətən, bunda ayətlər var. Ə, eşitməzlərmi?
A.Mehdiyev və D.Cəfərli:
Məgər (bu) onları hidayət etmədimi, onlar uçun aydın olmadımı ki,onlardan öncə (indi) yurdlarında gəzib dolandıqları (və məhv olma nişanələrini evlərinin viran qaldığını gördükləri) neçə-neçə dəstələri məhv etdik?! Həqiqətən, bu işdə (Allahın tovhidi qüdrətinə dair) nişanələr vardır, məgər (onlar qəlb qulağı ilə) eşitmirlərmi?!
Kövsər Tağıyev:
Məgər yurdlarında gəzib dolaşdıqları neçə-neçə nəsilləri həlak etməyimiz onlar üçün bir hidayət vəsiləsi olmadımı? Həqiqətən, bunda ibrətlər var. Hələ eşitmirlərmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Özlərindən əvvəl, indi yurdlarında gəzib dolaşdıqlan neçə-neçə nəsil məhv etməyimiz onları düz yola gətirməzmi? Həqiqətən bunda ibrətlər vardır. Məgər onlar eşitmirlər?!
Sabirə Dünyamalıyeva:
Yurdlarında gəzib-dolaşdıqları, özlərindən əvvəlki neçə-neçə nəsilləri dəyişikliyə/məhvə məruz qoymağımız da onlara yol göstərmədimi? Şübhəsiz ki, bunda qədər işarətlər/nişanələr vardır. Hələ qulaq asmayacaqlar?