Əlixan Musayev:
(Allah) Kitab əhlindən müttəfiqlərə yardım edənləri öz qalalarından endirdi və onların qəlbinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz.
Bünyadov-Məmmədəliyev:
Allah kitab əhlindən onlara (kafirlərə) kömək edənlərin ürəklərinə qorxu salıb onları öz qalalarından endirdi. Siz onların bir qismini öldürür, bir qismini də əsir alırdınız.
Elmir Quliyev
:
Он вывел из крепостей тех людей Писания, которые помогали им (союзникам), и вселил в их сердца страх. Одну часть их вы убили, а другую взяли в плен.
Ələddin Sultanov:
Allah kitab əhlindən olub onlara (müşriklərə) yardım edənləri qalalarından endirdi və qəlblərinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz. (Bu ayədə, Xəndək döyüşündə müsəlmanlara xəyanət edib müşriklərlə əlbir olan Bəni-Qüreyzə adlı yəhudi qəbiləsinə işarə olunur. Xəndək döyüşündəki qələbədən sonra müsəlmanlar onların məskunlaşdığı qalaya hücum etdilər və iyirmi beş günlük mühasirədən sonra qalanı ələ keçirdilər.)
Kerbelayi Malik ağa:
Kitab əhlindən onlara yardım edənləri qalalarından endirdi. Onların qəlblərinə qorxu saldı. Bir qismini öldürürdünüz və bir qismini əsir götürürdünüz.
Ələsgər Musayev:
Nazil etdi əhli kitabdan o
kəsləri ki, onları müdafiə edirdilər, öz qalalarından aşağı.
Onların qəlblərinə qorxu saldı. Onlardan bir firqəsini qətlə
yetirib və bir firqəsini əsir etdiniz.
A.Mehdiyev və D.Cəfərli:
Allah kitab əhlindən (Bəni – Qüreyzə kimi) onlara (kafirlərə) kömək edənləri, öz hasarlarından (qalalarından) endirdi, qəlblərinə qorxu və vəhşət saldı. Siz (onlardan) bir qismini öldürür, bir qismini də əsir alırdınız.
Kövsər Tağıyev:
Allah kitab əhlindən olub müşriklərə yardım edənləri qalalarından endirdi və qəlblərinə böyük bir qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini isə əsir edirsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
O, Kitab əhlindən onlara kömək edənləri öz qalalarından endirdi və ürəklərinə qorxu saldı. Siz bir qismini öldürüb o biri qismini isə əsir götürürdünüz.
Sabirə Dünyamalıyeva:
Həm də Allah Kitab əhlindən kafirlərlə köməkləşənləri öz qalalarından endirdi. Və ürəklərinə qorxu saldı: Siz onların bir qismini öldürür, bir qismini də əsir alırdınız.