Əlixan Musayev:
Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbinə yalvarsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram”.
Bünyadov-Məmmədəliyev:
Firon dedi: “Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini (köməyə) çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram”.
Elmir Quliyev
:
Фараон сказал: "Не мешайте мне убить Мусу (Моисея). Пусть он призовет своего Господа. Я опасаюсь, что он заменит вашу религию или распространит на земле нечестие".
Ələddin Sultanov:
Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o Rəbbini (köməyə) çağırsın. Həqiqətən, mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram”.
Kerbelayi Malik ağa:
Firon dedi ki: ‘Buraxın məni, Musanı öldürüm və O, Rəbbinə dua etsin. Həqiqətən mən Onun sizin dininizi dəyişdirməsindən və ya yer üzündə fəsad çıxarmasından qorxuram.’
Ələsgər Musayev:
Dedi Firaun: «Buraxın məni, Musanı qətlə yetirim və o,
öz Rəbbini çağırsın. Mən xoflanıram ki, o, sizin dininizi dəyişə,
ya ərzdə fəsadı zühura gətirə!»
A.Mehdiyev və D.Cəfərli:
Firon (Musanı öldürməyi məsləhət bilməyən müşavirlərinə) dedi: «Qoyun Musanı öldürüm və o öz Rəbbini (köməyə) çağırsın (və Rəbbi onu qurtarsın). Çünki onun sizin (tanrının nəzarəti altındakı rəbb olan mənə və bütlərə ibadət etməkdən ibarət) dininizi dəyişdirəcəyindən və ya bu torpaqda (dövlət əleyhinə üsyan yaratmaqla) fəsad törədəcəyindən qorxuram.»
Kövsər Tağıyev:
Firon dedi ki: “Buraxın məni, Musanı öldürüm. (Faydası olacaqsa,) Rəbbini köməyə çağırsın! Çünki mən onun dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fitnə-fəsad çıxaracağından qorxuram”.
M.Qənioğlu və T.Bilaloğlu:
Firon dedi: "Qoyun mən Musanı öldürüm, qoy o öz Rəbbini çağırsın. Qorxuram ki, o, sizin dininizi dəyişə və yer üzərində fitnə-fəsad törədə."
Sabirə Dünyamalıyeva:
Və Firon: "Buraxın məni, öldürüm Musanı, o da Rəbbini çağırsın. Şüphesiz ben onun sizin dininizi değiştirmesinden veyahut bu yerde/ülkemizdeki kargaşayı ortaya çıkarmasından; bozguncu düzenimizi deşifre etmesinden korkuyorum" dedi. Şübhəsiz ki, mən Onun, sizin dininizi dəyişdirməsindən və yaxud yer üzündə fitnə-fəsad törətməsindən qorxuram" dedi.