Şura Surəsi 26. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, iman gətirib yaxşı əməllər edənlərin duasını qəbul edər Öz lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab hazırlanmışdır.
Bünyadov-Məmmədəliyev:
İman gətirib yaxşı işlər görənlərin duasını qəbul edən, Öz nemətini onlara artıran da Odur. Kafirləri isə şiddətli bir əzab gözləyir!
Elmir Quliyev :
Он отвечает тем, которые уверовали и совершают праведные деяния, и приумножает им из Своей милости. А неверующим уготованы тяжкие мучения.
Ələddin Sultanov:
O, iman gətirib yaxşı işlər görənlərin duasını qəbul edər lütfündən onlara daha çox verər. Kafirlər üçün isə şiddətli bir əzab vardır.
Kerbelayi Malik ağa:
(Allah) amənu olanların saleh əməl (nəfsini islahedici əməl) edənlərin (dualarını) qəbul edər. Onlara fəzlindən artırar. Kafirlər üçün şiddətli əzab vardır.
Ələsgər Musayev:
Cavab verir o kəslərə ki, inanırlar əməli salehdirlər artırır onlar üçün Öz fəzlindən. Kafirlər üçün şiddətli əzab var!
A.Mehdiyev və D.Cəfərli:
İman gətirib yaxşı işlər görmüş kəsləri(n istəklərini) qəbul edir Öz lütfündən onları (onların mükafatını) artırır. (Qiyamət günü) kafirlər üçün şiddətli bir əzab vardır.
Kövsər Tağıyev:
Allah iman edib saleh işlər görənlərin dualarına cavab verər, lütfündən onlara daha artığını da verər. Kafirlər üçün isə şiddətli əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirib əməlisaleh olanların (duasına) cavab verir öz lütfünü onlara artırır. Kafirlər üçün isə şiddətli əzab vardır.
Sabirə Dünyamalıyeva:
O, iman etmiş düzəltmək yönündə işlər edənlərə qarşılıq verir onlara ərməğanlarından daha artığını verir. Kafirlər isə... Şiddətli bir əzab onlar üçündür.