Əhqaf Surəsi 26. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizə vermədiyimiz imkanları Biz onlara vermişdik. Onlara qulaq, göz qəlb vermişdik. Lakin qulaqları, gözləri, qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Onları ələ saldıqları (əzab) bürüdü.
Bünyadov-Məmmədəliyev:
(Ey Məkkə əhli!) And olsun ki, Biz onlara verdiyimiz imkanı (var-dövləti, qüdrəti) sizə verməmişdik. Biz onlara qulaq, göz qəlb vermişdik, lakin qulaqları, gözləri, qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini (bilə-bilə) inkar edirdilər. Onları istehza etdikləri (əzab) sardı.
Elmir Quliyev :
Мы укрепили их в том, в чем не укрепляли вас, и даровали им слух, зрение и сердца. Но ни их слух, ни их зрение, ни их сердца нисколько не помогли им, поскольку они отвергали знамения Аллаха, и их окружило (или поразило) то, над чем они насмехались.
Ələddin Sultanov:
Həqiqətən, Biz sizə vermədiyimiz imkanları onlara vermişdik. Onlara qulaqlar, gözlər qəlblər vermişdik. Lakin qulaqları, gözləri, qəlbləri onlara bir fayda verdi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Buna görə istehza etdikləri (əzab) onları bürüdü.
Kerbelayi Malik ağa:
And olsun ki, Biz onlara sizə belə vermədiyimiz imkanları verdik. Onlara eşitmə, görmə xassələri idrak verdik. Lakin eşitmə görmə xassələri onlara fayda vermədi. İdrakları da onlara bir fayda vermədi. Allahın ayələrini bilərək inkar edirdilər. İstehza etmiş olduqları şey onları bürüdü.
Ələsgər Musayev:
Əlbəttə, möhkəmlətdik məkanlarında onları onunla ki, sizi möhkəmlətmirdik məkanınızda onunla. Etdik Biz onlar üçün eşitmə bəsarət könül. Qəni etmədi onlardan eşitmələri bəsarətləri könülləri şeydən. Onda inkar etdilər ayətlərlə Allahı haqladı onları ki, oldular onunla istehza edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən biz onlara (cismani qüvvə, mal-dövlət övlad baxımından) sizə vermədiyimiz şeylərdə imkan qüdrət vermişdik onlar üçün qulaq, gözlər ürəklər yaratmışdıq. Lakin qulaqları, gözləri ürəkləri onlardan (Allahın gələn əzabından) bir şeyi dəf etdi. Çünki onlar daim Allahın ayələrini inkar edirdilər (nəhayət) istehza etdikləri şey onları hər tərəfdən bürüdü.
Kövsər Tağıyev:
And olsun, sizə vermədiyimiz imkan iqtidarı onlara vermişdik. Onlara qulaqlar, gözlər qəlblər vermişdik. Lakin qulaqları, gözləri qəlbləri onlara bir fayda vermədi. Çünki Allahın ayələrini inkar edirdilər. İstehza etdikləri şey onları bürüdü.
M.Qənioğlu və T.Bilaloğlu:
(Ey Məkkə əhli!) Sizə vermədiyimiz imkanları Biz onlara vermişdik. Onlara qulaq, göz ürək vermişdik. Amma Allahın ayələrini inkar etdiklərinə görə qulaqları, gözləri, ürəkləri onlara heç bir şeydə fayda vermədi ələ saldıqları (əzab) onları bürüdü.
Sabirə Dünyamalıyeva:
and olsun ki, Biz sizi güclü etmədiyimiz şeylərdə onları güclü etmişdik; sizə vermədiyimiz imkanları onlara vermişdik. Onlara da qulaqlar, gözlər duyğular vermişdik. Buna baxmayaraq qulaqları, gözləri duyğuları onlara heç bir fayda vermədi/onlardan heç bir şeyi dəf edə bilmədi. Çünki onlar Allahın ayələrini bilə-bilə inkar edirdilər. İstehza etdikləri şey onları bürüyüb əhatə etdi.