Ənam Surəsi 26. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar həm (insanları) haq-dan uzaqlaşdırır, həm özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir bunu hiss etmirlər.
Bünyadov-Məmmədəliyev:
(Müşriklər özlərinə uyanları Quranı) dinləməyi qadağan edər, özləri onlardan uzaq durarlar. Onlar (başqalarını deyil), yalnız özlərini həlak edər, lakin (bunun) fərqinə varmazlar.
Elmir Quliyev :
Они удерживают других от него (прямого пути), и сами сторонятся его, однако они губят только самих себя, не ощущая этого.
Ələddin Sultanov:
Onlar həm onu (Quranı dinləməyi) qadağan edir, həm özləri ondan uzaq dururlar. Onlar fərqinə varmadan ancaq özlərini məhv edirlər.
Kerbelayi Malik ağa:
Onlar ondan (Allaha hidayətdən) nəhy edərlər (mane olarlar) özləri ondan (hidayətdən) uzaq durarlar (üz çevirərlər). Özlərindən başqasını həlak etməzlər fərqinə varmazlar.
Ələsgər Musayev:
Onlar saxlayırlar ondan özləridə ondan uzaqlaşırlar. Həlak edirlər ancaq öz nəfslərini şüursuzdurlar.
A.Mehdiyev və D.Cəfərli:
Onlar (başqalarını) ondan çəkindirir özləri ondan uzaqlaşırlar. Onlar özlərindən başqa heç kəsi həlak etmirlər (bunu) bilmirlər (də).
Kövsər Tağıyev:
Onlar başqalarını ondan (Qur`andan) yayındırırlar, həm özləri ondan uzaq dururlar. Onlar fərqinə varmadan ancaq özlərini həlak edirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar buna həm (başqalarını) qoymur, həm özləri ondan uzaqlaşırlar. Onlar özləri bilmədən ancaq öz-özlərini məhv edirlər.
Sabirə Dünyamalıyeva:
onlar, onu qadağan edərlər özləri ondan uzaqlaşarlar. onlar şüursuz şəkildə, ancaq dəyişikliyə/məhvə məruz qalmağa doğru sürüklənirlər.