Əlixan Musayev:
Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, (ağacları) altından çaylar axan və içində də onun üçün hər cür meyvələr olan bir bağı olsun, (sonra da) ona qocalıq üz verdiyi zaman, özünün də (o bağa) möhtac olan uşaqları olduğu bir halda (bu bağa) odlu bir qasırğa düşüb (onu) yandırsın? Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz.
Bünyadov-Məmmədəliyev:
Məgər sizdən biriniz istərmi ki, içində xurma ağacları, üzümlüklər, (ağacları) altından arxlar axan və cürbəcür meyvələr olan bir bağçası olsun, (sonra) zəif (iş bacarığı olmayan, himayəyə möhtac) uşaqları olduğu halda ona qocalıq üz versin, həmin vaxtda da ora odlu bir qasırğa düşsün və o bağ yanıb tələf olsun? Allah ayələri sizin üçün bu cür aydınlaşdırır ki, düşünəsiniz.
Elmir Quliyev
:
Захочет ли кто-нибудь из вас, если у него будет сад из финиковых пальм и виноградника, в котором текут реки и растут всякие плоды, чтобы его сад был поражен огненным вихрем и сгорел, когда его постигнет старость, а его дети будут еще слабы? Так Аллах разъясняет вам знамения, — быть может, вы поразмыслите.
Ələddin Sultanov:
Sizdən biri istəyərmi ki, (ağacları) altından çaylar axan, içində xurma ağacları, üzümlüklər və hər növ meyvələr olan bir bağçası olsun, ancaq zəif uşaqları olduğu halda ona qocalıq üz versin və ora (bağçasına) odlu bir qasırğa düşərək yanıb tələf olsun? Allah ayələri sizin üçün bu şəkildə izah edir ki, bəlkə düşünüb anlayasınız.
Kerbelayi Malik ağa:
Sizdən biriniz istəyərmi ki, onun altından çaylar axan xurmalıq və üzümlükdən ibarət bir bağçası olsun, orada hər cür məhsulu olsun və ona qocalıq üz versin və onun zəif (gücsüz, möhtac) uşaqları olsun. Sonra da bağçaya içində atəş olan bir qasırğa düşsün beləcə onu yandırsın. Allah sizə ayələri belə bəyan edir (açıqlayır). Ümid edilir ki, beləcə siz təfəkkür edərsiniz.
Ələsgər Musayev:
Ə, istərmi sizlərdən birisi ki,
onun üçün xurma və üzüm bağı olsun ki, cari olur altından
onun nəhrlər. Onun üçün orada küllü meyvələrdən var. Və
isbat edə ona qocalıq və onun üçün zəif zürriyyətlər var və
onda isbat edə o bağa yel, hansı ki, onda od var və onu tamam
yandıra? Belə bəyan edir Allah sizin üçün ayətləri, ola ki,
fikirləşəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Məgər sizdən kimsə (ağaclarının) altından çaylar axan və içərisində bütün növ meyvələrdən olan xurma ağacları və üzüm tənəklərindən ibarət bir bağının olmasını və qocalığın gəlib çatdığı və kiçik və zəif uşaqları olduğu halda (birdən) yandırıcı odu olan bir qasırğanın onu (bağı) bürüməsini və onun hamısının yanmasını istəyərmi?! Allah Öz ayələrini (dinin hökm və maarifini) sizə bu cür açıqlayır ki, bəlkə düşünəsiniz (ki, məbada axirətdə, çox möhtac olduğunuz halda öz xeyir əməllərinizi riya, minnət və küfr odu ilə yanıb məhv olmuş görəsiniz).
Kövsər Tağıyev:
Hər hansı biriniz istərmi ki, içərisində hər növ meyvə olan, içindən çaylar axan, xurma və üzüm ağacları olan bir bağçası olsun; himayəyə möhtac övladları olduğu halda qocalıq gəlib ona çatsın, həmin vaxt bağa odlu (ildırımlı) bir qasırğa düşsün və o bağ yanıb kül olsun? Düşünəsiniz deyə Allah sizə ayələrini belə açıqlayır.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sizlərdən kimsə istərmi ki, dibindən çaylar axan, xurma və üzüm ağaclarından ibarət bağı ola və orada onun üçün hər cür meyvələr ola və onun zəif [işə gücü çatmayan] övladları olan zaman ona qocalıq üz verə, bağa odlu tufan düşə və o yana? Allah ayələri sizə beləcə aydınlaşdınr ki, bəlkə düşünəsiniz.
Sabirə Dünyamalıyeva:
Hansınız istəyər ki, onun xurma və üzümlüklərdən ibarət bir bağçası olsun, altından çaylar axsın, içində hər cür məhsulu olsun, özünün üstünə də qocalıq çöksün və nəsli də zəif olsun. Bu halda ona odlu bir qasırğa düşsün, o bağ yansın. Allah, yaxşıca fikirləşəsiniz deyə ayələrini sizə belə bəyan edir.