Əlixan Musayev:
Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar.
Bünyadov-Məmmədəliyev:
Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar (bürüyər). Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!
Elmir Quliyev
:
А воздаянием тех, кто приобрел зло, будет равноценное зло. Их постигнет унижение, и никто не защитит их от Аллаха. Их лица словно покроются клочьями ночного мрака. Они — обитатели Огня, в котором они пребудут вечно.
Ələddin Sultanov:
Pis işlər görənlərə isə etdikləri pis işlər qədər cəza verilər və onları zillət bürüyər. Heç kəs onları Allahdan qoruya bilməz. Üzləri sanki gecənin bir hissəsi ilə örtülmüşdür. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
Kerbelayi Malik ağa:
Seyyiat (günah) qazanan kəslərin seyyiatlarının (günahlarının) cəzası onun misli qədərdir. Onları bir zillət bürüyər. Onların Allaha qarşı bir qoruyucusu yoxdur. Onların üzləri qaranlıq gecədən bir parça ilə örtülmüş kimidir. Onlar atəş xalqıdır və orada davamlı qalacaqlar.
Ələsgər Musayev:
O kəslər
ki, pis əməllər kəsb etdilər, onun misli qədər cəza alarlar və
bərk zillətə düşərlər. Onları Allahın əzabından qoruyan olmaz
və qara üzləri deyəsən bir parça zülmət gecəsindəndir. Onlardır
od əshabı və orada həmişəlikdirlər!
A.Mehdiyev və D.Cəfərli:
Günahlara mürtəkib olmuş kəslər (üçün), hər bir günahın cəzası (günahdan artıq deyil, ilkin əvəz kimi) onun misli (qədər)dir və onları(n bütün vücudlarını) zillət və xarlıq bürüyəcəkdir. Onları Allah(ın qəzəb və əzabın)dan əsla qoruyan olmayacaqdır. Onların üzləri sanki zülmət gecənin parçaları ilə örtülmüşdür! Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar.
Kövsər Tağıyev:
Pis işlər görənlərə gəlincə, bir pisliyin cəzası (onun) misli (qədər)dir və onları bir zillət bürüyəcək. Onları Allah (ın əzabın)dan qoruyacaq bir kimsə də yoxdur. Sanki üzləri gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmliklərdir. Onlar orada əbədi qalacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Bəd əməl tutanları isə bəd əməlin özünə bənzəri (tutar), onları zillət bürüyər, heç kim onları Allahdan qoruya bilməz. Onların üzləri sanki gecənin zülmətləri ilə örtülmüş olar. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalasıdırlar.
Sabirə Dünyamalıyeva:
Onlar orada əbədi qalacaqlar. Pislik qazanan kəslər üçün də, pisliyin cəzası, onun bənzəri ilə veriləcək. Və onları bir zillət bürüyəcək. Onlar üçün Allahdan, heç bir himayəçi yoxdur. Sanki onların üzləri qaranlıq gecələrdən bir parçaya bürünmüş kimidir. Bax onlar atəş əhlidir. Onlar orada əbədi qalacaqlar.