Əlixan Musayev:
Onun qövmünün kafir zadəganları dedilər: “Biz sənin özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”.
Bünyadov-Məmmədəliyev:
(Nuh) tayfasının kafir əyan-əşrafı dedilər: “Biz səni ancaq özümüz kimi (adi) bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin (cütçü, pinəçi, dəmirçi, dərzi və i. a.) sənə uyduğunu görürük. Eyni zamanda sizin bizdən (heç bir şeydə) üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!”
Elmir Quliyev
:
Знатные люди его народа, которые не уверовали, сказали: "Мы видим, что ты — такой же человек, как и мы. Мы также видим, что за тобой пошли только самые ничтожные из нас, но даже они последовали за тобой, не поразмыслив. Мы не видим, чтобы вы чем-либо превосходили нас. Напротив, мы считаем вас лжецами".
Ələddin Sultanov:
Qövmünün kafir başçıları isə belə dedilər: “Biz sənin də bizim kimi adi bir insan olduğunu və yalnız aramızdakı avam olan səfillərin sənə tabe olduğunu görürük. Bizdən üstün bir cəhətinizi də görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”.
Kerbelayi Malik ağa:
O zaman qövmünün inkar edən öndərləri (belə) dedi: ‘Biz səni özümüz kimi bir bəşər görürük və bizdən aşağı səviyyədə olan bəsit görüş sahibi (kasıb, zəif, aciz) kəslərdən başqasının da sənə tabe olduğunu və sizin bizdən bir üstünlüyünüzü də görmürük. Əksinə sizləri yalançı zənn edirik.’
Ələsgər Musayev:
Onun qoumundan böyükləri - o kəslər ki,
kafir idilər, dedi: «Biz görürük səni ancaq özümüz kimi bəşər
və görürük sənə ancaq bizim içərimizdən ilk dəfədə tabe olan
rəzilləri və sizdə özümüzə qarşı bir üstünlük görmürük. Bəli,
biz zənn edirik ki, siz yalançısız!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, onun qövmünün küfr edən böyük və başçıları dedilər: «Biz səni yalnız özümüz kimi bir bəşər görürük (sən nə mələksən, nə də maddi baxımdan və məqam cəhətdən bir üstünlük sahibi). Və sənə bizim nanəciblərimizdən başqa l (onlar da) fikirləşmədən və elə ilk baxışda l tabe olan bir kəs görmürük. Həmçinin sizdə özümüzdən heç bir üstünlük görmürük, əksinə, sizi yalançı hesab edirik.»
Kövsər Tağıyev:
Qövmünün inkarçı liderləri: “Biz sənin yalnız bizim kimi bir insan olduğunu görürük. İlk baxışda sənə tabe olanların da ancaq ən səfillərimizdən ibarət olduğunu görürük. Sizin bizə qarşı hər hansı bir üstünlüyünüzü də görmürük. Əksinə sizin yalançı kimsələr olduğunuzu düşünürük”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun camaatının əyanları dedilər: “Biz səni yalnız özümüz kimi bir adam görürük. Onu da görürük ki, sənin ardınca bizlərdən yalnız ən sadəlövhləri ilk təəssürata uyaraq gedirlər. Sizin bizdən heç bir üstünlüyünüzü görmürük, əksinə biz sizi yalançı hesab edirik".
Sabirə Dünyamalıyeva:
Bunun müqabilində, o qövmün kafirlərinin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərinin] başbilənləri belə dedilər: "Biz səni ancaq bizim kimi adi bir insan olaraq görürük. Sənə dayaz fikirli aşağı təbəqədən/səfillərdən başqa heç kimin tabe olduğunu görmürük. Sizin bizdən bir üstünlüyünüzü də görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!"