Əlixan Musayev:
Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq.
Bünyadov-Məmmədəliyev:
(Cinlərin babası) can tayfası (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik.
Elmir Quliyev
:
А еще раньше Мы сотворили джиннов из палящего пламени.
Ələddin Sultanov:
Daha əvvəl cinləri də tüstüsüz oddan yaratmışdıq.
Kerbelayi Malik ağa:
Cannı daha əvvəl tüstüsüz atəşdən yaratdıq.
Ələsgər Musayev:
Cinləri xəlq etdik ondan qabaq tüstüsüz oddan.
A.Mehdiyev və D.Cəfərli:
Və Cannı (şeytanların atası olan birinci İblisi) ondan qabaq tüstüsüz, çox isti və sirayət edən oddan yaratdıq.
Kövsər Tağıyev:
Cinləri də daha əvvəl tüstüsüz alovdan yaratmışdıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz cinləri isə bundan əvvəl hərarəti şiddətli olan oddan xəlq etmişdik.
Sabirə Dünyamalıyeva:
Və cannı; görünməz varlıqları da daha əvvəl, ən incə dəlikdən belə keçə bilən, yandıran bir mehin atəşindən/maneə tanımayan enerjidən əmələ gətirmişdik.