Kəhf Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən.
Bünyadov-Məmmədəliyev:
Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. (Allahdan) başqa heç bir sığınacaq tapa bilməzsən! (Pənah yalnız Allahadır!)
Elmir Quliyev :
Читай Писание твоего Господа, ниспосланное тебе в откровении. Нет замены Его Словам, и тебе не найти помимо Него прибежища.
Ələddin Sultanov:
Rəbbinin kitabından sənə vəhy olunanı oxu! Onun kəlmələrini heç kim dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq da tapa bilməzsən.
Kerbelayi Malik ağa:
Sənə Rəbbinin Kitabından vəhy olunanı oxu! Onun kəlməsini dəyişdirəcək yoxdur. Ondan (Allahdan) başqa yönəlinəcək birini tapa bilməzsən.
Ələsgər Musayev:
Tilavat et Rəbbinin kitabından sənə ki, vəhy olanı. Yoxdur dəyişiklik Onun kəlməsi üçün Ondan başqa müdafiəçi tapa bilməzsən!
A.Mehdiyev və D.Cəfərli:
Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun kəlmələrini (Lövhi-Məhfuzu ya Qur’anı onun kəlmə mənalarını) dəyişdirən yoxdur heç vaxt Ondan başqa bir sığınacaq pənah yeri tapmayacaqsan.
Kövsər Tağıyev:
Rəbbinin qatından sənə vəhy ediləni oxu. Heç kim Onun kəlmələrini dəyişdirə bilməz. Ondan başqa əsla bir sığınacaq da tapa bilməzsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz Rəbbinin Kitabından sənə vəhy olunmuşları [ayələri] oxu! Onun kəlamlarını dəyişə bilən olmaz. Sən Ondan başqa bir sığınacaq tapmazsan.
Sabirə Dünyamalıyeva:
sən, Rəbbinin kitabından sənə vəhy olunanı oxu/təqib et! Rəbbinin sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. sən, Onun altındakılardan bir sığınacaq tapa bilməzsən.