Ali-İmran Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sən gecəni gündüzə qatır, gündüzü gecəyə qatırsan; ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən”.
Bünyadov-Məmmədəliyev:
Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan. Ölüdən diri, diridən isə ölü çıxararsan. İstədiyin şəxsə saysız-hesabsız ruzi verərsən”.
Elmir Quliyev :
Ты удлиняешь день за счет ночи и удлиняешь ночь за счет дня. Ты выводишь живое из мертвого и выводишь мертвое из живого. Ты даруешь удел без счета, кому пожелаешь".
Ələddin Sultanov:
Gecəni gündüzə, gündüzü gecəyə qatarsan. Ölüdən dirini, diridən ölünü çıxararsan. Dilədiyin kimsəyə saysız-hesabsız ruzi verərsən”.
Kerbelayi Malik ağa:
Gecəni gündüzün içinə qatarsan gündüzü gecənin içinə qatarsan. Canlını ölüdən çıxardarsan ölünü canlıdan çıxardarsan. Dilədiyin kimsəyə hesabsız ruzi verərsən.
Ələsgər Musayev:
Cövlan edirsən gecəni gündüzdə cövlan edirsən gündüzü gecədə xaric edirsən dirini meyyitdən xaric edirsən meyyiti diridən ruzi verirsən kim istəsə qeyri hesabla!»
A.Mehdiyev və D.Cəfərli:
«Gec?ni gunduz? v? gunduzu gec?y? qat?rsan (q?s?n ?vv?lind?n yay?n ?vv?lin? kimi gec?nin bir hiss?sini t?dric?n gunduz? daxil edir v? yay?n ?vv?lind?n q?s?n ?vv?lin? kimi h?min miqdar? gec?y? daxil edirs?n) v? olud?n diri v? dirid?n olu c?xar?rsan (cans?z t?bi?td?n bitki, nutf?d?n heyvan, kafird?n momin v? ya ?ksin? momind?n kafir c?xar?rsan). V? ist?diyin? hesabs?z (says?z miqdarda, layiq olmasa bel? v? ?v?zsiz olaraq) ruzi verirs?n».
Kövsər Tağıyev:
Gecəni gündüzə qatırsan, gündüzü gecəyə qatırsan. Ölüdən diri çıxarırsan, diridən ölü çıxarırsan. İstədiyinə saysız-hesabsız ruzi verirsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən gecəni gündüzə, gündüzü gecəyə qatırsan. Sən cansızdan canlı, canlıdan cansız çıxarırsan. Sən istədiyin kəsə saysız-hesabsız ruzi verirsən.
Sabirə Dünyamalıyeva:
Sən gecəni gündüzün içinə daxil edərsən, gündüzü gecənin içinə daxil edərsən; Sən, ölüdən diri çıxararsan, diridən ölü çıxararsan. Sən, dilədiyinə saysız-hesabsız ruzi verərsən."