Əlixan Musayev:
Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi? Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Məgər Allahın göydən bir yağmur yağdırdığını görmürsənmi?! Sonra Biz onunla növbənöv meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli – ağ, qırmızı, tünd qara yollar (yaxud tünd qara qayalar) peyda etdik.
Elmir Quliyev
:
Неужели ты не видишь, как Аллах ниспосылает с неба воду, посредством которой Мы взращиваем плоды различных цветов. В горах также есть различные тропы — белые, красные и совершенно черные.
Ələddin Sultanov:
Allahın göydən su endirdiyini görmədinmi? Beləcə, onunla (torpaqdan) müxtəlif rəngli meyvələr çıxartdıq. Dağlarda da ağ, qırmızı və tünd qara kimi müxtəlif rənglərdə yollar meydana gətirdik.
Kerbelayi Malik ağa:
Allahın suyu səmadan endirdiyini görmədinmi? Beləcə onunla müxtəlif rənglərdə meyvələr çıxartdıq. Dağlarda müxtəlif rəngli ağ, qırmızı, tünd qara yollar (yaratdıq).
Ələsgər Musayev:
Ə, sən görmədinmi Allah nazil etdi
səmadan su və Biz xaric etdik onunla səmarat – müxtəlif
əlvanlı? Və dağlarda yollar çəkdik – ağ, qırmızı – müxtəlif
əlvanlı və qarğa rəngli qara.
A.Mehdiyev və D.Cəfərli:
Məgər Allahın göydən suyu (yağış, qar və dolu şəklində) nazil etdiyini görmürsənmi?! Biz onun vasitəsilə (yerdən) müxtəlif növlü, sinifli və rəngli meyvələr çıxartdıq? Dağlardan müxtəlif rəngli ağ, qırmızı, qara rəngli yollar (yer kürəsinin üzərindəki dağlardan rəngarəng silsilələr və dağlarda da rəngarəng yollar yaratdıq).
Kövsər Tağıyev:
Görmürsənmi ki, Allah göydən su endirdi? Biz onunla növbənöv məhsullar çıxardıq. Dağlardan isə ağ, qırmızı (bir-birindən fərqli) müxtəlif rənglərdə yollar (təbəqələr) var, qapqara daşlar da var.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sən Allahın göydən necə su endirdiyini görmədinmi? Biz onunla rəngbərəng meyvələr yetirdik. Dağlarda isə müxtəlif rəngli - ağ, qırmızı və qapqara zolaqlar (yaratdıq).
Sabirə Dünyamalıyeva:
Görmürsənmi/heç fikirləşmirsənmi, həqiqətən Allah göydən bir su endirdi? Biz onunla rəngləri müxtəlif cür meyvələr/məhsullar bitirdik. Dağlarda da yollar var; ağlı, qırmızılı müxtəlif rənglərdə/rənglərin müxtəlif tonlarında. Və qapqara torpaqlar/yollar da var.