Əlixan Musayev:
Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O Öz qullarından Xəbərdardır, Görəndir.
Bünyadov-Məmmədəliyev:
Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməkdə) yer üzündə həddi aşardılar. Lakin O (Öz bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox) ruzi göndərir. Allah öz bəndələrindən xəbərdardır, (onları) görəndir! (Allah kimə nə qədər ruzi verəcəyini Öz əzəli elmi, ilahi hikməti ilə çox gözəl bilir. Bəndələr içərisində eləsi vardır ki, çörəyi artıq olsa, xalqa əziyyət verər, hər şeyi, Allahı belə danar; eləsi də vardır ki, güzəranı bir qədər pisləşsə, yer üzündə fitnə-fəsad törədər, özgə malına əl uzadar).
Elmir Quliyev
:
Если бы Аллах увеличил удел Своим рабам, они стали бы бесчинствовать на земле. Однако Он ниспосылает его в меру, как пожелает. Воистину, Он ведает о Своих рабах и видит их.
Ələddin Sultanov:
Əgər Allah qullarına ruzini bol-bol versəydi, onlar yer üzündə azğınlaşardılar. Lakin O, (ruzini) istədiyi qədər ölçü ilə endirir. Həqiqətən, O, qullarından xəbərdardır, hər şeyi görəndir.
Kerbelayi Malik ağa:
Əgər Allah qullarına ruzini bol versəydi, yer üzündə mütləq azardılar. Lakin O, istədiyi qədərini endirər. Şübhəsiz ki, O, qullarından xəbərdardır, (onları) görəndir.
Ələsgər Musayev:
Əgər genişləndirə Allah ruzisini Öz bəndələri üçün, tüğyan edərlər
ərzdə. Lakin nazil edir qədəri ilə nə ki, istəyir. Həqiqətən, O
bəndələri ilə Xəbirdir, Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər Allah bəndələrinin ruzisini bol etsəydi şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər. Lakin O, istədiyini qədər və ölçü ilə nazil edir. Çünki O, bəndələrin(in vəziyyətin)dən xəbərdar və (onların halını) görəndir.
Kövsər Tağıyev:
Allah qullarına (hamısına birdən) ruzini bol-bol versəydi, yer üzündə mütləq azğınlıq edərdilər. Lakin O, ruzini istədiyi ölçüdə endirir. Şübhəsiz, O, qullarından haqqı ilə xəbərdardır və onları haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Allah Öz bəndələrinə ruzini həddən artıq vermiş olsaydı, onda onlar yer üzündə harınlıqdan həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə nazil edir. Axı O, Öz bəndələrini tanıyır, görür!
Sabirə Dünyamalıyeva:
Və əgər Allah ruzini qullarına yaysaydı/döşəsəydi [bol-bol versəydi], qətiliklə, yer üzündə azğınlıq edərdilər. Lakin Allah, dilədiyini bəlli bir ölçüyə görə endirir. Şübhəsiz ki, O, qullarından ən çox xəbəri olandır, ən yaxşı görəndir.