Maidə Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan oğlu öz qardaşına) demişdi: “Səni hökmən öldürəcə-yəm!” (Qardaşı da ona belə) demişdi: “Allah ancaq müttəqilərdən (qurban) qəbul edər!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!
Elmir Quliyev :
Прочти им истинный рассказ о двух сыновьях Адама. Вот они оба принесли жертву, и она была принята от одного из них и была не принята от другого. Он сказал: непременно убью тебя". Он ответил: "Воистину, Аллах принимает только от богобоязненных.
Ələddin Sultanov:
Onlara, Adəmin iki oğlunun əhvalatını həqiqət olaraq danış. Vaxtilə onlar qurban gətirmişdilər. Onlardan birinin (Habilin qurbanı) qəbul olunmuş, digərininki (Qabilin qurbanı) isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan qardaş qısqanclığından qardaşına) demişdi: “Səni mütləq, öldürəcəyəm!” (Qardaşı isə) demişdi: “Allah yalnız müttəqilərdən (qurbanı) qəbul edər.
Kerbelayi Malik ağa:
Onlara Adəmin iki oğlunun xəbərini (hekayəsini, aralarında keçən hadisəni) haqqıyla oxu. Allaha yaxınlaşdıracaq qurban gətirmişdilər. Qurban birindən qəbul edilmiş digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul edilməyən) ‘Səni mütləq öldürəcəm’ dedi. O da: ‘Allah yalnız təqva sahiblərindən qəbul edər.’ dedi.
Ələsgər Musayev:
Tilavat et haqq ilə üzərinə onların xəbərini iki oğlunun Adamın. Onda yaxınlaşdılar qurbannan qəbul edildi birindən qəbul edilmədi axırıncısından. Dedi: «Qətl edəcəyəm səni!» Dedi: «Həqiqətən, ki, qəbul edir Allah müttəqilərdən.
A.Mehdiyev və D.Cəfərli:
Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu digərindən qəbul olunmadı. (Qabil) dedi: «Səni mütləq öldürəcəyəm». (Habil) dedi: «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir».
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Onlara Adəmin iki oğunun xəbərini olduğu kimi oxu. Hərəsi bir qurban ərz etmişdi, birindən qəbul edilmiş, digərindən qəbul edilməmişdi. Qurbanı qəbul olunmayan: “And olsun, səni mütləq öldürəcəyəm”, dedi. Digəri: “Allah ancaq müttəqilərdən qəbul edər”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən onlara Adəmin iki oğlunun [Habil Qabilin] əhvalatını olduğu kimi danış. O vaxt onlar ikisi qurban təqdim etdilər, birindən [Habildən] qəbul olundu, o birisindən [Qabildən] isə qəbul olunmadı. Onda (Qabil) dedi: “Mən səni hökmən öldürəcəyəm!” (Habil) dedi: "Axı Allah ancaq müttəqilərdən (qurban) qəbul edir.
Sabirə Dünyamalıyeva:
Onlara iki Adəm oğlunun əhvalatını da layiqincə oxu. O vaxt hərəsi bir qurban təqdim etmişdilər, lakin birinin [qurbanı] qəbul edilmiş, digərinin [qurbanı] isə qəbul edilməmişdi. O: "Səni mütləq öldürəcəyəm" dedi. Digəri: "Allah, yalnız Özünün mühafizəsi altına daxil olan şəxslərin [qurbanını] qəbul edər.