Əlixan Musayev:
Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə (aldadaraq) libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik.
Bünyadov-Məmmədəliyev:
Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik.
Elmir Quliyev
:
О сыны Адама! Не позволяйте дьяволу совратить вас, подобно тому, как он вывел из Рая ваших родителей. Он сорвал с них одежды, чтобы показать им их срамные места. Воистину, он и его сородичи видят вас оттуда, где вы их не видите. Воистину, Мы сделали дьяволов покровителями и помощниками тех, которые не веруют.
Ələddin Sultanov:
Ey Adəm oğulları, şeytan ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyunduraraq ata-ananızı cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın! Həqiqətən, o və onun əsgərləri sizin onları görə bilmədiyiniz yerdən sizi görürlər. Şübhəsiz, şeytanları iman gətirməyənlərin dostları etdik.
Kerbelayi Malik ağa:
Ey Adəm oğulları! Şeytan sizin valideynlərinizin ayıb yerlərinin görünməsi üçün libaslarını soyunduraraq, cənnətdən çıxartdığı kimi sizləri də fitnəyə salmasın. Şübhəsiz ki, o və onun qəbiləsi sizin onları görə bilməyəcəyiniz yerdən sizi görərlər. Şübhəsiz ki, Biz şeytanları mömin olmayanlara dost etdik.
Ələsgər Musayev:
Ay Adam oğulları! Sınamasın sizi şeytan, nə qədər, valideynlərinizi cənnətdən xaric etdi və onların libasını çıxartdı, ayıb yerlərini onlara göstərmək üçün. Həqiqətən, şeytan və onun qəbiləsi sizi görür o yerdən ki, siz onları görmürsünüz. Həqiqətən, Biz şeytanı dost etdik o kəslər üçün ki, inanmırlar!
A.Mehdiyev və D.Cəfərli:
«Ey Adəm övladları, məbada Şeytan ata və ananızı Cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın! Şübhəsiz, o və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir.) Əlbəttə, Biz Şeytanları imanı olmayan kəslərin başçıları etmişik.»
Kövsər Tağıyev:
Ey Adəm oğulları! Övrət yerlərini özlərinə göstərmək üçün geyimlərini soyunduraraq ana-atanızı cənnətdən çıxardığı kimi, şeytan sizi də azdırmasın. Çünki o və qəbiləsi sizin onları görə bilməyəcəyiniz yerdən sizi görürlər. Şübhəsiz, biz şeytanları iman etməyənlərin dostları etmişik.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey Adəm övladları! Qoy şeytan sizin valideynlərinizi [Adəm və Həvvanı] ayıb yerlərini özlərinə göstərmək məqsədilə, paltarlarını soyundurub cənnətdən çıxardığı kimi sizi də aldadıb yoldan çıxarmasın. O və onun nəsli sizin onları görə bilmədiyiniz yerdən görürlər. Biz şeytanları iman gətirməyənlərə dost etdik.
Sabirə Dünyamalıyeva:
Ey Adəm oğulları! Şeytan, sizin ata-ananızı, öz çirkinliklərini özlərinə göstərmək üçün libaslarını soyundurub cənnətdən çıxartdığı kimi, sizi də fitnəyə salmasın; sizi haq dindən döndərməsin, aman! Çünkü o və onun qəbiləsi, sizin onları görə bilmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, inanmayanlar üçün vəli/yol göstərən, yardımçı kimsələr etdik.