Tövbə Surəsi 27. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bundan sonra isə Allah istədiyinin tövbəsini qəbul edər. Çünki Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Bundan (bu əzabdan) sonra Allah yenə istədiyinin tövbəsini qəbul edər. Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev :
А после этого Аллах примет покаяния тех, кого пожелает, ибо Аллах Прощающий, Милосердный.
Ələddin Sultanov:
Bundan sonra Allah dilədiyi kimsənin tövbəsini qəbul edər. Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Daha sonra da bunun ardından Allah dilədiyi kimsənin tövbəsini qəbul edər. Allah Ğafurdur Rəhimdir.
Ələsgər Musayev:
Sonra Allah bunun ardınca hər kimin istər qayıtmasın qəbul edər Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Sonra onun (həmin hadisənin) ardınca Allah nəzərini (kafirlərin döyüşə gələnlərindən müsəlmanların dönüb qaçanlarından) istədiyinə yönəldər tövbəsini qəbul edər. Allah çox bağışlayan mehribandır.
Kövsər Tağıyev:
Sonra Allah bunun ardından yenə istədiyi kimsənin tövbəsini qəbul edər. Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bundan sonra isə Allah istədiyi kəsin tövbəsini qəbul edər; axı Allah bağışlayandır, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
Sonra, bütün bunların arxasından, Allah, dilədiyi kimsəyə dönüş nəsib edər. Allah, çox bağışlayandır, çox rəhm edəndir.