Bəqərə Surəsi 275. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sələm yeyənlər (qəbirlərindən) şey-tan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra (sələmçiliyə) son qoyarsa, olub-keçənlər ona bağışlanar onun işi Allaha qalar. (Sələmçiliyə )qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.
Bünyadov-Məmmədəliyev:
Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş sələm kimi bir şeydir!” dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər orada həmişəlik qalacaqlar!
Elmir Quliyev :
Те, которые пожирают лихву, восстанут, как восстает тот, кого дьявол поверг своим прикосновением. Это потому, что они говорили: "Воистину, торговля подобна лихоимству". Но Аллах дозволил торговлю и запретил лихоимство. Если кто-нибудь из них после того, как к нему явится предостережение от Аллаха, прекратит, то ему будет прощено то, что было прежде, и его дело будет в распоряжении Аллаха. А кто вернется к этому, те станут обитателями Огня, в котором они пребудут вечно.
Ələddin Sultanov:
Faiz yeyənlər (qəbirlərindən), şeytan vurmuş kimsənin qalxdığı kimi qalxacaqlar. Bu ona görədir ki, onlar: “Əlbəttə, alış-veriş faiz kimidir!” - demişdilər. Halbuki, Allah alış-verişi halal, faizi isə haram etmişdir. (Bundan sonra) kimə Rəbbindən bir nəsihət gələr (sələmçiliyə) son qoyarsa, keçmişdə aldığı (sələmlər, faizlər) özünə qalar (bağışlanar). Onun işi (hesaba çəkilməsi) Allaha qalmışdır. Kim (yenidən sələmçiliyə) qayıdarsa, onlar cəhənnəm əhlidirlər orada əbədi qalacaqlar.
Kerbelayi Malik ağa:
Sələm (faiz) yeyənlər, qəbirlərindən ancaq şeytan toxunmasından çarpılmış bir kimsə kimi qalxarlar. Bu onların: ‘Halbuki alış-veriş sələmçilik kimidir.’ demələri səbəbiylədir. Allah alış-verişi halal, sələmi (faizi) haram etmişdir. Bundan sonra Rəbbindən özünə öyüd-nəsihət gələn kimsə (ona uyaraq) artıq (faizdən) vaz keçsə, o təqdirdə keçmişdə aldığı (öncədən aldığı faiz) onundur onun işi (onun haqqındakı hökm) Allaha aiddir. Kim (faizçiliyə) qayıtsa, məhz onlar atəş əhlidir. Onlar orada əbədi qalacaq olanlardır.
Ələsgər Musayev:
O kəslər ki, riba yeyirlər, ayağa qalxmayacaqlar ancaq qədər qalxdı odur ki, dəlidir o, şeytan toxunmasından. Bu ona görədir onlar ilə ki, dedilər: «Həqiqətən, bey mislidir ribanın!» halal edib Allah beyi haram edib ribanı. kim, gəlib moizə Rəbbindən onun son qoyarsa buna onun üçündür ki, keçmişdə olanlar əmri onun tərəfinədir Allahın. kim həddi aşarsa onlardır əshabı odun. Onlar orada həmişəlikdirlər!
A.Mehdiyev və D.Cəfərli:
Sələm yeyən kəslərin (insanlar arasındakı) duruş rəftarları şeytanın toxunaraq dəli etdiyi (davranışının tarazlığını pozduğu) kəsin rəftarı kimidir. Bu onların «şübhəsiz, alış-veriş sələm kimidir» demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir. Buna görə kimə Rəbbi tərəfindən bir nəsihət gəlsə o (sələm yeməkdən) çəkinsə, keçənlər onundur (onun sələm hökmünün nazil olmasından qabaq götürdüyü qazanc özününküdür) işi (axirət cəzası baxımından) Allaha aiddir. (Sələm yeməyə) qayıdan kəslər isə Cəhənnəm əhlidirlər orada əbədi qalacaqlar.
Kövsər Tağıyev:
Faiz yeyənlər ancaq şeytanın vurduğu kimsənin qalxdığı kimi qalxarlar. Bu, onların “Alış-veriş faiz kimidir”, dediklərindən ötrüdür. Halbuki Allah alış-verişi halal, faizi haram etmişdir. Bundan belə kimə Rəbbindən bir nəsihət gələr, (o da o nəsihətə qulaq asaraq) faizdən əl çəkərsə, artıq əvvəlcədən aldığı onun olar. İşi Allaha qalmışdır. (Allah onu əfv edər.) Kim yenidən (faizə) qayıdarsa, (bax) onlar cəhənnəmlikdirlər. Orada əbədi qalacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Sələm yeyənlər ancaq şeytanın toxunması ilə ağlını itirmiş kəsin qalxdığı kimi qalxarlar. Bu, onların: "Axı alış-veriş sələm kimidir." demələrinə görədir. Allah alış-verişi halal, sələmi isə haram etmişdir. Hər kəs Rəbbindən ona öyüd-nəsihət gəldikdən sonra (bu işdən) əl çəkərsə, əvvəlki əməllər ona (bağışlanar), onun bu işi Allaha qalar. Kim təkrarən edərsə, onlar cəhənnəmlikdirlər, orada əbədi qalasıdırlar.
Sabirə Dünyamalıyeva:
Sələmi [əməksiz, risksiz, işləyib əziyyət çəkmədən asanca əldə edilən qazancları][#347] yeyən kəslər, şeytanın bir toxunuşla toxunduğu kəslərin qalxdığı kimi qalxar. Bu, şübhəsiz ki, onların: "Alış-veriş, sələm kimidir" demələri səbəbiylədir. Halbuki, Allah alış-verişi halal, sələmi haram etmişdir. Özünə Rəbbindən bir öyüd-nəsihət gəlib, əməlindən əl çəkənin keçmişi özünə, işi Allaha aiddir. kim yenidən qayıtsa, bax onlar atəşin dostlarıdır. Onlar orada əbədi qalacaqlar.