Əlixan Musayev:
(Nuh) dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözünüzə görünməyən bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, onda necə olsun? Yoxsa siz onu (görmək) istəməyib (kor) qaldığınız bir halda, biz sizi ona (inanmağa) məcburmu edəcəyik?
Bünyadov-Məmmədəliyev:
(Nuh) dedi: “Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə (möcüzəyə) istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət (peyğəmbərlik) bəxş etsə və o sizə gizli qalsa (sizin bəsirətsiz gözünüz onu görməyə qadir olmasa), istəmədiyiniz halda, biz sizi ona (iman gətirməyə) məcburmu edə bilərik?!
Elmir Quliyev
:
Он сказал: "О мой народ! А что, если я опираюсь на доказательство от моего Господа, и Он даровал мне милость от Себя (пророчество и послание), которая недоступна вашим взорам? Неужели вы полагаете, что тогда мы стали бы принуждать вас к ней (к этой милости), несмотря на то, что вам она ненавистна?
Ələddin Sultanov:
Nuh dedi: “Ey qövmüm! Deyin görək, əgər Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslanıramsa, Rəbbim mənə Öz dərgahından bir mərhəmət bəxş edibsə və o sizə gizli qalıbsa, istəmədiyiniz halda sizi ona məcbur edə bilərikmi?!
Kerbelayi Malik ağa:
Dedi ki: ‘Ey qövmüm! Sizin rəyiniz bumu? Əgər mən Rəbbimdən bir bəyyinə üzərindəyəmsə, mənə Öz qatından bir rəhmət verdisə, artıq o, sizə gizli qaldısa və siz onu istəmirsinizsə sizi ona məcburmu edək?’
Ələsgər Musayev:
Dedi: «Ay qoumum!
Ə, görürsünüz ki, aydın bəyanatım var Rəbbimdən və əta edib
mənə rəhmət Öz yanından və onun qarşısında korsunuz, ə,
məcbur edəcəyik ona və siz onun üçün kərahətlisiniz?
A.Mehdiyev və D.Cəfərli:
Nuh dedi: «Ey mənim qövmüm, mənə bir deyin görüm: Əgər mən Rəbbim tərəfindən (kamil möcüzə kimi) açıq-aydın bir dəlilə söykənmiş olsam və O, mənə Öz tərəfindən bir rəhmət (ilahi risalətin ləvazımatından olan elm və şəriət kitabı) əta etmiş olsa və o (inadınız və möcüzəyə diqqət yetirməməyiniz üzündən) sizə gizli qalmış olsa, istəmədiyiniz halda sizi ona vadar edə bilərikmi (halbuki ağıl baxımından və Allahın cari qanunlarına əsasən dində məcburiyyət yoxdur)?!
Kövsər Tağıyev:
Nuh dedi ki: “Ey qövmüm! Deyin görək, əgər mən Rəbbimdən gələn açıq-aydın bir dəlilə söykənmişəmsə və O, öz qatından mənə bir rəhmət vermiş, siz isə ona qarşı kor qalmısınızsa, onu istəmədiyiniz halda biz sizi ona məcbur edəcəyik?”
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Ey camaatım! Bir deyin görək, əgər mən Rəbbimin aşkar bir dəlilinə istinad edirəmsə və O, Öz tərəfindən mənə sizin gözünüzün görə bilmədiyi bir mərhəmət bəxş etmişsə, ola bilərmi ki, onu istəmədiyiniz halda biz sizə zorla qəbul etdirək?
Sabirə Dünyamalıyeva:
Nuh: "Ey qövmüm! Heç düşündünüzmü, bəlkə mən Rəbbimdən açıq-aydın bir dəlil ilə gəlmişəm, O, mənə Öz tərəfindən bir rəhmət bəxş etmişdir və bu sizdə gizli saxlanmışdır?! -Siz ondan xoşlanmadığınız halda, Biz sizi ona məcbur edərikmi?-"