Kəhf Surəsi 28. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Səhər axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbrli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!
Bünyadov-Məmmədəliyev:
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbrli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!
Elmir Quliyev :
Будь же терпелив вместе с теми, которые взывают к своему Господу по утрам и перед закатом и стремятся к Его Лику. Не отвращай от них своего взора, желая украшений этого мира, и не повинуйся тем, чьи сердца Мы сделали небрежными к Нашему поминанию, кто потакает своим желаниям и чьи дела окажутся тщетными.
Ələddin Sultanov:
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan işində ifrata varan kimsəyə boyun əymə! (Qüreyş qəbiləsinin başçılarından bəziləri Həzrət Peyğəmbərdən (s.ə.s.), Allaha Peyğəmbərə səmimi-qəlbdən bağlı olan yoxsul möminləri qovmasını istəmiş bu təqdirdə onunla görüşə biləcəklərini bildirmişdilər. Buna görə yuxarıdakı ayə nazil olmuş müşriklərin bu istəklərinin yerinə yetirilməməsi əmr edilmişdir.)
Kerbelayi Malik ağa:
Səhər axşam, Onun Vəchini (Zatını) diləyərək Rəbbinə dua edənlərlə birlikdə nəfsini səbirli tut. Dünya həyatının zinətini diləyərək gözünü onlardan çevirmə! Qəlbini zikrimizdən qafil etdiyimiz həvasına (nəfsin həvəsinə) tabe olan kəslərə, işində həddi aşmış olanlara itaət etmə!
Ələsgər Musayev:
Səbr et nəfsinlə sənin o kəslərlə ki, səhər axşam Rəblərini çağırıb Onun vəchini istəyirlər örtmə göz sən onlardan. İtaət etmə o kəsə ki, istəyərək zinətini dünya həyatının qafil etmişik onun qəlbini zikrimizdən havayı nəfsinə tabe olub işi onun ifrat olar.
A.Mehdiyev və D.Cəfərli:
Öz nəfsini həmişə özlərinin Rəbbinin razılığını diləyən halda sübh vaxtı axşamçağı Onu çağıranlara qoş. Məbada dünya həyatının zinət bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan işi israf (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!
Kövsər Tağıyev:
Onun rizasını diləyərək səhər-axşam Rəblərinə dua edənlərlə birlikdə sən nəfsin qarşısında səbirli ol. Dünya həyatının zinətini arzu edərək gözlərini onlardan çevirmə. Qəlbini zikrimizdən qafil etdiyimiz, boş həvəslərinə uymuş hər işi ifrat olan kimsələrə boyun əymə.
M.Qənioğlu və T.Bilaloğlu:
Səhər-axşam öz Rəbbini çağıraraq Ona tərəf can atanlarla [yoxsul möminlərlə] birlikdə özünə səbr ver! Bu dünya həyatının bər-bəzəyi arzusunda olub gözünü onların üstündən çəkmə! Bizi zikr etməkdə ürəyini qafil etdiyimiz ifrata varıb öz həva-həvəsinə uyan kəsə itaət etməl
Sabirə Dünyamalıyeva:
daim Rəbbinin razılığını qazanmaq istəyərək Ona yalvaran kəslərlə birgə səbr edən biri ol. Bəsit dünya həyatının bər-bəzəyini istəyərək onlardan gözlərini çəkmə. sən, Bizim xatırlanmamıza qarşı qəlbini qafil/laqeyd hala gətirdiyimiz, boş-müvəqqəti arzusuna uyan işi azğınlıq olan kimsəyə uyma.