Əlixan Musayev:
Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, məzlum yoxsullara da yedirdin!
Bünyadov-Məmmədəliyev:
Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin!
Elmir Quliyev
:
Пусть они засвидетельствуют то, что приносит им пользу, и поминают имя Аллаха в установленные дни над скотиной, которой Он наделил их. Ешьте от них и кормите несчастного бедняка!
Ələddin Sultanov:
Ona görə ki, onlar öz mənfəətlərinin şahidi olsunlar və müəyyən günlərdə Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) üstündə Allahın adını çəksinlər. Beləliklə, onlardan həm özünüz yeyin, həm də biçarə kasıblara yedirdin!
Kerbelayi Malik ağa:
Özlərinin mənfəətlərinə şahid olsunlar. Onlara ruzi verdiyi heyvanların üzərində müəyyən günlərdə Allahın Adını ansınlar (qurban kəssinlər). Beləcə ondan yeyin və kasıbları da yedirin!
Ələsgər Musayev:
şahid olmaq üçün öz mənfəətlərinə və məlum olan
günlərdə Allahın ismini yad etsinlər onlara ruzi verilmiş
heyvanlardan olan davarların üzərində. Yeyin ondan və təam
verin bais fəqirə!
A.Mehdiyev və D.Cəfərli:
«Nəticədə öz (dünya və axirət) mənfəətlərinin bir hissəsini müşahidə etsinlər və müəyyən günlərdə (Zilhiccə ayının ilk on günündə, yaxud bayram günü və ondan sonrakı üç gündə) Allahın onların ruzisi etmiş olduğu heyvanlar(ı – dəvə, inək və qoyunu qurban kəsərkən onların başı) üzərində Onun adını çəksinlər. Beləliklə, ondan özünüz də yeyin, çox ehtiyac içində olan yoxsula da yedirin.»
Kövsər Tağıyev:
Gəlsinlər ki, özlərinə aid bəzi mənfəətlərə şahid olsunlar və Allahın onlara ruzi olaraq verdiyi (qurbanlıq) heyvanlar üzərinə məlum günlərdə (onları qurban edərək) Allahın adını zikr etsinlər. Onlardan özünüz də yeyin, biçarə yoxsula da yedirin.
M.Qənioğlu və T.Bilaloğlu:
öz xeyirlərinin şahidi olsunlar və Onun onlara verdiyi (qurbanlıq) heyvanların başı üstündə məlum günlərdə Allahın adını zikr etsinlər. Siz də onlardan yeyin, bədbəxt kasıbları da yedirin!
Sabirə Dünyamalıyeva:
Köhnə evdə/azad evdə/Kəbədə gəzsinlər" deyə, o evin/Kəbənin yerini, İbrahim üçün hazırlamışdıq. -Siz də onlardan yeyin və çətinlik çəkən yoxsula da yedirin.