Əlixan Musayev:
(Musa) dedi: “Bu, ikimizin arasında (olan)(razılıqdır). Bu iki müddətdən hansını başa çatdırsam, mənə qarşı haqsızlıq olmamalıdır. Allah da dediyimizə Şahiddir!”
Bünyadov-Məmmədəliyev:
(Musa) dedi: “Bu (dediyin) mənimlə sənin aranda (olan bir təəhhüddür, onu pozmaq olmaz). Bu iki müddətdən hansını yerinə yetirməkdən mənə qarşı heç bir zor ola bilməz. (İstəsəm səkkiz, istəsəm on il xidmət edərəm. Bundan artıq işləməyimi tələb etməyə haqqın yoxdur). Allah da dediyimizə şahiddir (vəkildir)!”
Elmir Quliyev
:
Он сказал: "Договорились. Какой бы из этих двух сроков я ни отработал, пусть со мной не поступают несправедливо. Аллах является Попечителем и Хранителем того, что мы говорим".
Ələddin Sultanov:
Musa: “Bu, mənimlə sənin aranda bir müqavilədir. Bu iki müddətdən hər hansı birini yerinə yetirsəm, mənə qarşı bir düşmənçilik olmayacaq. Allah söylədiklərimizə şahiddir”, - dedi.
Kerbelayi Malik ağa:
(Musa ə.s): ‘Bu səninlə mənim aramızda razılıqdır. İki müddətdən hansını yerinə yetirsəm, artıq mənə qarşı bir haqsızlıq olmasın. Allah danışdıqlarımıza vəkildir.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Bu, m?niml? s?nin arandad?r. Bu iki mudd?td?n hans?n? yerin? yetirdim, m?n? zor yoxdur v? Allah dedikl?rimizin uz?rind? V?kildir!»
A.Mehdiyev və D.Cəfərli:
(Musa) dedi: «Bu (müqavilə) mənimlə sənin aranda sabit olsun. Beləliklə (bu) iki müddətdən hər birini tamamlamaqda, mənə qarşı heç bir təcavüz və zor olmamalıdır. Allah dediklərimizə vəkildir».
Kövsər Tağıyev:
Musa belə dedi: “Bu mənimlə sənin aranda bir işdir. Bu iki müddətdən hansını tamamlasam, mənə qarşı bir ədavət olmasın. Allah söylədiklərimizə vəkildir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa dedi: “Bu, bizim aramızda olan (bir razılaşmadır). Bu iki müddətdən hansını başa vursam, mənə qarşı bir pislik olmayacaqdır. Dediklərimizə Allah vəkildir."
Sabirə Dünyamalıyeva:
Musa: "Bu, səninlə mənim aramdadır; bu iki müddətdən hansını başa vursam, demək ki, mənə qarşı düşmənçilik/məsuliyyət olmayacaq. Və dediyimizə Allah vəkildir [qoruyaraq, dəstəkləyərək həyata keçirəndir]" dedi.