Əlixan Musayev:
Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə (bilsin ki,) Allah ilə (onun) heç bir əlaqəsi yoxdur. Ancaq onlardan (gələn təhlükədən) çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır.
Bünyadov-Məmmədəliyev:
Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri özünə dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir qədir-qiyməti olmaz). Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız (çəkinməniz) müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir! (Hamı Allahın hüzuruna qayıdacaqdır!)
Elmir Quliyev
:
Верующие не должны считать неверующих своими помощниками и друзьями вместо верующих. А кто поступает так, тот не имеет никакого отношения к Аллаху, за исключением тех случаев, когда вы действительно опасаетесь их. Аллах предостерегает вас от Самого Себя, и к Аллаху предстоит прибытие.
Ələddin Sultanov:
Möminlər, möminləri qoyub kafirləri dost tutmasınlar! Kim bunu edərsə, Allah yanında onun heç bir dəyəri qalmaz. Ancaq onlardan gələcək bir təhlükədən çəkinməniz istisnadır. Allah sizi Özündən (əzabından) çəkindirir. Axır dönüş Allahadır.
Kerbelayi Malik ağa:
Möminlər möminlərdən başqasını (yəni) kafirləri dost tutmazlar. Kim bunu etsə, o Allahdan bir şeyin (rəhmət və fəzlin) içində deyil. Onlardan qorunmaq üçün çəkinməyiniz (dost olmağınız) istisnadır. Allah sizi Özündən çəkindirir (təqva sahibi olmağınızı istəyər). Dönüş Allahadır.
Ələsgər Musayev:
Götürməsinlər
imöminlər kafirləri dost möminlərin əvəzinə! Və kim
fəaliyyət edərsə bunu və onda yoxdur əlaqəsi Allahdan şeydə,
ancaq ki, onlardan bir qorxu olarsa. Həzər edir sizi Allah o
nəfsidənn və Allaha tərəfdir qayıdış!
A.Mehdiyev və D.Cəfərli:
Mominl?r mominl?rin yerin? kafirl?ri dost, kom?kci v? basc? goturm?m?lidirl?r. H?r kim bel? ets? - onlardan bir nov t?qiyy? etm?yiniz istisna olmaqla – (onun) Allahla hec bir ?laq?si yoxdur. Allah sizi Ozund?n (?zab?ndan) c?kindirir. (Butun canl?lar?n) qay?d?s(?) Allaha t?r?fdir.
Kövsər Tağıyev:
Möminlər möminləri buraxıb inkarçıları dost tutmasınlar. Kim belə etsə, Allah ilə bir bağı qalmaz. Ancaq onlardan (gələ biləcək təhlükədən) qorunmanız istisnadır. Allah sizi özünə qarşı diqqətli olmanız barəsində xəbərdar edir. Çünki qayıdış Allahadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Qoy möminlər möminləri qoyub kafirləri özlərinə dost etməsinlər. Yalnız onlardan qorunmaq xatirinə edənlərdən başqa hər kim bunu edərsə, Allahdan heç nə ummasın. Allah sizə Özü (cəza verəcəyi haqqında) xəbərdar edir. Qayıdış ancaq Allahadır!"
Sabirə Dünyamalıyeva:
Möminlər özlərindən səviyyəsizləri, kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul etməsinlər/idarəçi etməsinlər, həyatlarını onların əllərinə tapşırmasınlar. Bunu hər kim etsə, [ona] Allahdan heç bir şey yoxdur. Ancaq onlardan qorunmaq üçün belə etməyiniz/təqiyyə edərək qorunmağınız istisnadır. Allah sizi Özündən [Öz əzabından] çəkindirir. Və oluş/qayıdış yalnız Allaha tərəfdir.