Əlixan Musayev:
Sizi yaratmaq və diriltmək ancaq bir adamı yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir.
Bünyadov-Məmmədəliyev:
(Ey insanlar!) Sizi (yoxdan) yaratmaq və (qiyamət günü) diriltmək (Allah üçün) ancaq bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!
Elmir Quliyev
:
Сотворение и воскрешение всех вас подобно сотворению и воскрешению одного человека. Воистину, Аллах — Слышащий, Видящий.
Ələddin Sultanov:
(Ey insanlar!) Sizi yaratmaq və diriltmək bir nəfəri (yaradıb diriltmək) kimidir. Həqiqətən, Allah hər şeyi eşidəndir, görəndir.
Kerbelayi Malik ağa:
Sizin yaradılmağınız və yenidən dirildilməyiniz ancaq tək bir nəfsin yaradılması kimidir. Şübhəsiz ki, Allah Səm'i'dir (ən yaxşı eşidən), Bəsərdir (ən yaxşı görən).
Ələsgər Musayev:
Sizin xəlq olunmanız və dirilərək
qaldırılmanız, ancaq vahid nəfs kimidir. Həqiqətən, Allah
Səmidir, Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Sizin hamınızı yaratmaq və (öləndən sonra) diriltmək (ilk məxluqu yaratmağın asanlığı və Qiyamət günü insanları, əməlləri bir-birindən ayırmaq baxımından) yalnız bir nəfəri (yaratmaq və diriltmək) kimidir. Çünki Allah (hər şeyi) eşidən və görəndir (hamının danışığını eşidir, hamının xasiyyətini və əməllərini görür. Beləliklə Qiyamətdə Onun heç bir çətinliyi olmayacaqdır).
Kövsər Tağıyev:
(Ey insanlar!) Sizin yaradılmanız və öldükdən sonra yenidən dirildilməniz ancaq bir tək insanı yaratmaq və diriltmək kimidir. Şübhəsiz, Allah haqqı ilə eşidəndir, haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizin yaranışınız da, yenidən dirilməniz də ancaq tək bir adamınkı kimidir. Həqiqətən, Allah hər şeyi eşidəndir, görəndir.
Sabirə Dünyamalıyeva:
Sizin yaradılmağınız və ölümdən sonra dirildilməyiniz tək bir nəfərin [yaradılması və dirildilməsi] kimidir. Şübhəsiz ki, Allah ən yaxşı eşidən, ən yaxşı görəndir.