Əlixan Musayev:
(İslamı) bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir.
Bünyadov-Məmmədəliyev:
Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ya Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər!
Elmir Quliyev
:
Он — Тот, Кто отправил Своего Посланника с верным руководством и религией истины, чтобы превознести ее над всеми остальными религиями. Довольно того, что Аллах является Свидетелем.
Ələddin Sultanov:
Onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq din ilə göndərən Odur. Şahid olaraq Allah yetər!
Kerbelayi Malik ağa:
Odur ki, Rəsulunu hidayətlə və haqq din ilə bütün dinlərə izhar etməsi üçün göndərdi və şahid olaraq Allah kifayət edər.
Ələsgər Musayev:
O – Odur ki,
göndərdi Öz rəsulunu hidayətlə və haqq dinlə, zahir etməsi
üçün onu üzərində dinin küllisinin və kafidir Allah ilə Şahidlik!
A.Mehdiyev və D.Cəfərli:
(Məntiq və dəlil-sübut ilə və ya davamçılarının dünyaya hakim olmaları baxımından) bütün dinlərə qalib etmək üçün Öz peyğəmbərini hidayət (çırağı) və haqq dinlə göndərən Odur. (Bu məsələyə) şahidlik üçün Allah kifayətdir.
Kövsər Tağıyev:
O, peyğəmbərini hidayət və haqq din ilə göndərəndir. (Allah) o haqq dini bütün dinlərdən üstün tutmaq üçün (belə etdi). Şahid olaraq Allah yetər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah Öz peyğəmbərini düz yol göstəricisi ilə və haqq din ilə göndərdi ki, bu dini bütün dinlərdən üstün etsin. Allah şahid olaraq kifayətdir!
Sabirə Dünyamalıyeva:
Allah, haqq dini bütün dinlərdən üstün etmək üçün, Elçisini doğru yol bələdçisi Quran və haqq din ilə göndərəndir. Şahid olaraq da Allah bəs edər.