Əlixan Musayev:
(Allah) deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.
Bünyadov-Məmmədəliyev:
(Allah) buyuracaqdır: “Mənim hüzurumda mübahisə etməyin. Mən sizə (dünyada peyğəmbər vasitəsilə) bu əzabı bildirmişdim.
Elmir Quliyev
:
Он скажет: "Не препирайтесь предо Мной. Я предупреждал вас заранее.
Ələddin Sultanov:
Allah buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin! Mən daha əvvəl sizə xəbərdarlıq etmişdim.
Kerbelayi Malik ağa:
(Allahu Təala): ‘Hüzurumda mübahisə etməyin. Sizə daha əvvəl vədimi (cəzamı) bildirmişdim.’ deyər.
Ələsgər Musayev:
Dedi:
«Mənim yanımda xosunlaşmayın. Mən sizi əvvəlcədən
xəbərdarlıq edərək qorxutdum.
A.Mehdiyev və D.Cəfərli:
(Allah) buyurar: «Mənim hüzurumda bir-birinizlə dava-dalaş salmayın. Mən sizə əvvəlcədən (peyğəmbərlər və səma kitabları vasitəsi ilə) əzab vədi vermişdim.» (Hamıya lazım olan dəlil sübutlar təqdim edilib və hamının cinayəti aydınlaşıb.)
Kövsər Tağıyev:
Allah belə deyər: “Mənim hüzurumda mübahisə etməyin. Çünki mən bu (barədə) xəbərdarlığı sizə əvvəlcədən etdim”.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah deyər "Mənim yanımda dalaşmayın. Mən (əzab) vədim ilə sizi qabaqcadan xəbərdar etmişdim.
Sabirə Dünyamalıyeva:
Allah deyəcək ki: "Mənim hüzurumda mübahisə etməyin! Mən sizə əvvəlcədən xəbərdarlıq etmişdim.