Nəcm Surəsi 28. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz.
Bünyadov-Məmmədəliyev:
Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz!
Elmir Quliyev :
У них нет об этом никакого знания. Они следуют лишь предположениям, хотя предположения не могут заменить истину.
Ələddin Sultanov:
Halbuki onların bu haqda heç bir məlumatı yoxdur. Onlar yalnız zənnə qapılırlar. Halbuki zənn qətiyyən həqiqət deyildir.
Kerbelayi Malik ağa:
Onların (mələklər haqqında) bir elmi yoxdur. Onlar yalnız zənnə tabe olurlar. Şübhəsiz ki, zənn Haqqdan heç bir şey qazandıra bilməz.
Ələsgər Musayev:
Yoxdur onlar üçün onunla elmdən. Tabe olurlar, ancaq zəndən həqiqətən, zənn qəni etməz haqdan şeynən.
A.Mehdiyev və D.Cəfərli:
Halbuki onların bu (iddia) barədə bir bilikləri yoxdur. Onlar yalnız zənn gümana tabe olurlar şübhəsiz, zənn güman əsla həqiqətin yerini tuta bilməz.
Kövsər Tağıyev:
Halbuki onların bu barədə heç bir bilgiləri yoxdur. Onlar sadəcə zənnə uyurlar. Şübhəsiz ki, zənn həqiqət adına heç bir şey ifadə etməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunun barəsində onların heç bir bilgisi yoxdur. Onlar ancaq zənnə uyurlar. Zənn isə haqqın yerini əsla tuta bilməz.
Sabirə Dünyamalıyeva:
Halbuki onların bu barədə heç bir məlumatı yoxdur. Onlar yalnız zənnə qapılırlar. Zənn isə "haqq"dan heç bir şey qazandırmaz.