Əlixan Musayev:
Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə (düz yolla) getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə (qıl körpüsü üstündə) getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
О те, которые уверовали! Бойтесь Аллаха и веруйте в Его Посланника, и тогда Он одарит вас вдвойне из Своей милости, и дарует вам свет, при котором вы будете идти, и простит вас. Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Allahdan qorxun və Peyğəmbərinə iman gətirin ki, O sizə Öz rəhmətindən iki pay versin, sizin üçün işığında yeriyəcəyiniz bir nur yaratsın və sizi bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (Allaha təslim olmağı diləyənlər), Allaha qarşı təqva sahibi olun. Onun Rəsuluna iman edin ki, sizə rəhmətindən ikiqat versin. Sizə onunla birlikdə gedəcəyiniz nur versin. Sizi məğfirət etsin. Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Ay o
kəslər ki, inanırsınız! Qorxun Allahdan və inanın Onun rəsulu
ilə. Əta edər sizə iki artıq rəhmətindən və edər sizin üçün nur,
hansı ki, siz onunla gedərsiniz və bağışlar sizi və Allah
Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey (Allaha və keçmiş peyğəmbərlərə) iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə (Muhəmmədə (s) ) iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay (bir pay ona iman gətirməyə görə, bir pay isə keçmiş peyğəmbərlərə iman gətirdiyiniz üçün) əta etsin, vasitəsi ilə yol (dünyada ictimai həyat yolunu, məhşərdə isə Cənnət yolunu) getməyiniz üçün bir nur versin və sizi bağışlasın. Allah bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Ey iman edənlər! Allaha qarşı gəlməkdən çəkinin və Peyğəmbərinə iman edin ki, sizə rəhmətindən iki qat pay versin, sizə onunla yeriyəcəyiniz bir nur versin və sizi bağışlasın. Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər, Allahdan qorxun, Onun peyğəmbərinə inanın! Onda Allah sizə Öz mərhəmətindən iki pay verər, sizə işığında gedəcəyiniz nur bəxş edər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Allahın mühafizəsi altına daxil olun, Onun Elçisinə inanın ki