Əlixan Musayev:
Xeyr! Əvvəllər gizlətdik-ləri (günahlar) onlara aşkar oldu. Əgər onlar( geri) qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar.
Bünyadov-Məmmədəliyev:
Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə (küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!
Elmir Quliyev
:
О нет! Им открылось то, что они скрывали прежде. Если бы их вернули обратно, то они непременно вернулись бы к тому, что им было запрещено. Воистину, они — лжецы.
Ələddin Sultanov:
Xeyr, daha əvvəl (qəlblərində) gizlətdikləri (küfr və günahlar) onların qarşısına çıxdı. Əgər (dünyaya) geri qaytarılsaydılar, onlar yenə qadağan olunduqları şeylərə geri qayıdacaqdılar. Onlar həqiqətən, yalançıdırlar.
Kerbelayi Malik ağa:
Xeyr, daha əvvəl gizlətdikləri şeylər onlara açıqlandı. Əgər geri qaytarılsaydılar, qadağan edildikləri şeylərə mütləq geri dönərdilər. Şübhəsiz ki, onlar həqiqətən yalançıdırlar.
Ələsgər Musayev:
Bəli, o şey ki, bundan qabaq onlara məxfi idi, aşkar oldu. Əgər qayıdalar, yenə həmin pis işlərə ki, ondan qadağan olunublar, qayıdacaqlar. Həqiqətən, onlar yalançılardır!
A.Mehdiyev və D.Cəfərli:
(Onlar dünyaya qaytarılmaq arzusunda səmimi deyildirlər,) əksinə, qabaqcadan gizlətdikləri şey onlara aşkar olub. Əgər (dünyaya) qaytarılsalar, mütləq (yenə də) çəkindirildikləri şeyə qayıdarlar. Şübhəsiz, onlar yalançıdırlar.
Kövsər Tağıyev:
Xeyr, (onların bu heyifsilənmələri) daha əvvəl gizlədikləri şeylər onlara göründü(-yü üçündür). Əgər geri qaytarılsaydılar, əlbəttə, onlara qadağan olunan şeylərə yenə qayıdacaqdılar. Şübhəsiz, onlar yalançıdırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Beləliklə, əvvəllər gizlətdiklərinin (əvəzi) onlar üçün aydın oldu. Əgər onlar geri qaytarılsaydılar belə yenə də onlara qadağan olunmuşlara qayıdardılar. Axı onlar yalançıdırlar.
Sabirə Dünyamalıyeva:
Əksinə, daha əvvəl gizlədikləri şeylər meydana çıxdı. Geri qaytarılsaydılar, daha əvvəl [onlara] qadağan edilən şeyə həqiqətən yenidən qayıdardılar. Bəli, onlar həqiqətən, yalançıdırlar.