Əlixan Musayev:
De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, (bəs) (siz) kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?”
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! Bu müşriklərə) de: “Bir deyin görək, istər Allah məni və mənimlə birlikdə olanları məhv etsin, istərsə də bizə bir mərhəmət əta etsin; siz kafirləri şiddətli əzabdan (Allahın əzabından) kim qurtara bilər?! (Biz ölsək də, qalsaq da, bu sizə heç bir fayda verməz. Allahın əzabından nicat tapmaq üçün ancaq Onun haqq dininə iman gətirmək lazımdır!)
Elmir Quliyev
:
Скажи: "Как вы думаете, кто защитит от мучительных страданий неверующих, если Аллах погубит меня и тех, кто со мной, или помилует нас?"
Ələddin Sultanov:
De: “Deyin görüm, Allah məni və mənimlə birlikdə olanları məhv etsə, yaxud bizə rəhm etsə, bəs kafirləri acı əzabdan kim xilas edəcək?!
Kerbelayi Malik ağa:
De ki: ‘Gördünüzmü, əgər Allah məni və mənimlə birlikdə olanları həlak etsə və ya bizə rəhmət etsə, bundan sonra kafirləri ağrılı-acılı əzabdan kim qurtarar?’
Ələsgər Musayev:
De: «Ə, gördünüzmü, əgər həlak edə məni
Allah və kim ki, mənimlədir, ya bizə rəhm edə və kim kafirləri
ələmli əzabdan müdafiə edər?
A.Mehdiyev və D.Cəfərli:
De: «Mənə xəbər verin görüm, əgər Allah məni və mənimlə birgə olanları öldürsə, yaxud bizə rəhm etsə (və diri saxlasa, hər halda) kafirlərə (o) agrılı əzabdan kim sığınacaq verəcək?»
Kövsər Tağıyev:
De ki: “Deyin görək, tutaq ki, Allah məni və mənimlə birlikdə olanları həlak etdi yaxud bizə rəhm etdi. Bəs inkarçıları ağrılı-acılı əzabdan kim qoruyacaq?”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Bir deyin görüm, Allah məni və mənimlə birlikdə olanları məhv etsə də və ya bizə rəhm edib bağışlasa da, kafirləri üzücü əzabdan kim qoruya bilər?"
Sabirə Dünyamalıyeva:
De ki: "Heç düşündünüzmü? Əgər Allah məni və mənimlə birgə olanları dəyişikliyə/məhvə məruz qoysa, yaxud bizə mərhəmət etsə, bəs, kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] şiddətli bir əzabdan kim qoruyacaq?"