Əlixan Musayev:
(hər kəs) onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. (Allah) onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”.
Bünyadov-Məmmədəliyev:
(Peyğəmbərlərinin) öz Rəbbinin göndərdiklərini (nə cür) təbliğ etdiyini bilsin (bəlli etsin). (Allah) onlarda olanların hamısını (peyğəmbərlərin əhvalatını və bütün əməllərini Öz elmi ilə) ehtiva etmişdir. O, hər şeyi bir-bir sayıb yazmışdır (təsbit etmişdir)!”
Elmir Quliyev
:
чтобы знать, что они донесли послания своего Господа. Он объемлет знанием все, что с ними, и Он исчислил всякую вещь.
Ələddin Sultanov:
Rəbbinin göndərdiklərini (vəhyləri insanlara) təbliğ edib-etmədiklərini bilsin. Allah onlarda olan hər şeyi (elmi ilə) əhatə etmiş və hər şeyi bir-bir saymışdır”.
Kerbelayi Malik ağa:
Rəblərinin risalətlərinin təbliğ edilmiş olduğunu bilsinlər deyə. (Allah) onlarla birlikdə olanları (elmi ilə) əhatə etmişdir. Hər şeyin ədədini sayıb təsbit etmişdir (yazıb hesablamışdır).
Ələsgər Musayev:
bildirmək üçün ki, onlar Rəblərinin risalətini təbliğ edirmi. O əhatə edər, nə ki, onlarda var və hesablayıb külli şeylərin sayını.
A.Mehdiyev və D.Cəfərli:
Onların öz Rəbbinin risalətlərini (peyğəmbərlərə və peyğəmbərlər də insanlara) çatdırdığını bilsin (və əzəli elmi həyata keçsin). Allah onlarda olanları (öz elmi ilə) ehtiva etmişdir.O, hər şeyin sayını bilir.»
Kövsər Tağıyev:
rəsulların Rəblərinin vəhylərini təbliğ etdiklərini bilsin. Allah onların hər halını əhatə etmiş və hər şeyi tək-tək saymışdır.
M.Qənioğlu və T.Bilaloğlu:
onların [peyğəmbərlərin] öz Rəbbinin göndərişlərini çatdırdıqlarından xəbərdar olsunlar. O, onlarda olanlardan xəbərdardır və hər şeyin haqq-hesabını aparır."
Sabirə Dünyamalıyeva:
Çünki O, Rəbbinin göndərdiklərini layiqincə təbliğ etdiklərini bilsin deyə onun hər tərəfindən gözətçilə göndərər. O, onların yanında olan hər şeyi əhatə etmişdir, hər şeyi də saymışdır."