Bəqərə Surəsi 284. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Göylərdə yerdə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə əzab verər. Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
Göylərdə yerdə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. (Allah) istədiyini bağışlar, istədiyinə əzab verər. Allah hər şeyə qadirdir!
Elmir Quliyev :
Аллаху принадлежит то, что на небесах, и то, что на земле. Обнаружите ли вы то, что в ваших душах, или утаите, Аллах предъявит вам счет за это. Он прощает, кого пожелает, и причиняет мучения, кому пожелает. Аллах способен на всё.
Ələddin Sultanov:
Göylərdə yerdə varsa, hamısı Allaha məxsusdur. Ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah ona görə sizi hesaba çəkər. O, dilədiyi kimsəni bağışlayar, dilədiyi kimsəyə əzab verər. Allah hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Göylərdə yerdə olanlar Allaha məxsusdur. Əgər siz nəfslərinizdə (içinizdə) olanı açıqlasanız ya onu gizlətsəniz Allah sizi onunla haqq-hesaba çəkər. Artıq dilədiyi kimsəni məğfirət edər, dilədiyi kimsəni əzablandırar. Allah hər şeyə qadirdir.
Ələsgər Musayev:
Allah üçündür ki, səmalarda ki, ərzdə var! Əgər aşkar edəsiniz nəfsinizdə olanı, ya məxfi edəsiniz onu, Allah onunla hesab çəkəcək sizdən. Bağışlar kim istərsə əzab edər kim istərsə Allah üzərində külli şeyin Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Göylərdə yerdə olanların hamısı (göylər yer daxil olmaqla) Allahın həqiqi mülküdür. Qəlbinizdə olanı (qeyri-ixtiyari fikir adətlər deyil, pis əqidələr yaramaz adətləri) aşkar etsəniz gizlətsəniz Allah sizinlə onun hesabını aparacaqdır. Beləliklə, (rəhmətinin tələbi əsasında) istədiyini bağışlayacaq, (ədalətinə əsasən) istədiyinə əzab verəcəkdir. Allah hər şeyə qadirdir.
Kövsər Tağıyev:
Göylərdəki hər şey, yerdəki hər şey Allahındır. İçinizdəkini aşkara çıxarsanız da, gizləsəniz də, Allah sizi onunla hesaba çəkər, istədiyini bağışlayar, istədiyinə əzab verər. Allahın qüdrəti hər şeyə haqqı ilə çatar.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərdə yer üzündə varsa, Allaha məxsusdur. Əgər siz ürəyinizdə olanları üzə çıxartsanız da, gizlətsəniz Allah bunun üçün sizdən haqq-hesab alar. O, istədiyi kəsi bağışlar, istədiyi kəsə əzab verər. Allah hər şeyə qadirdir.
Sabirə Dünyamalıyeva:
Göylərdə olan şeylər yer üzündə olan şeylər Allahındır. Siz daxilinizdəkiləri zahirə çıxarsanız da, gizli saxlasanız da Allah onunla sizi haqq-hesaba çəkər. Sonra dilədiyi kəsi bağışlayar, dilədiyi kəsə əzab verər. Allah, hər şeyə ən yaxşı qadir olandır.