Əlixan Musayev:
Elə isə içində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!”
Bünyadov-Məmmədəliyev:
Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına (təbəqələrinə). Təkəbbürlülərin (Allaha iman gətirməyi özlərinə ar bilənlərin) məskəni necə də pisdir!”
Elmir Quliyev
:
Войдите во врата Геенны и пребудьте там вечно. Как же скверна обитель возгордившихся!"
Ələddin Sultanov:
Ona görə də içində əbədi qalacağınız cəhənnəmin qapılarından girin! Təkəbbürlənənlərin sığınacaqları yer necə də pisdir!”
Kerbelayi Malik ağa:
Haydı, orada əbədi olaraq qalmaq üzrə cəhənnəmin qapılarından girin. Təkəbbürlülərin (böyüklük göstərənlərin) qaldığı yer nə pisdir.
Ələsgər Musayev:
Cəhənnəmin qapılarından daxil olun
həmişəlik orada qalmaq üçün! Təkəbbürlük edənlərin məskəni
necə də pisdir!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də, Cəhənnəmin qapılarından (və ya onun təbəqələrinə) daxil olun ki, orada həmişəlik qalacaqsınız. Təkəbbürlülərin yeri çox pis bir yerdir!
Kövsər Tağıyev:
“Haydı, içində əbədi qalacağınız cəhənnəmin qapılarından girin. Təkəbbür göstərənlərin yeri necə də pisdir!”
M.Qənioğlu və T.Bilaloğlu:
Cəhənnəmdə əbədi qalmaq üçün onun qapılarından daxil olun!" Təkəbbürlülərin qalacağı yer necə də pisdir!
Sabirə Dünyamalıyeva:
O halda içində həmişəlik qalanlar olaraq cəhənnəmin qapılarına girin! deyilər. Bax, təkəbbürlülərin yeri necə də pisdir!