Məryəm Surəsi 29. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Məryəm) ona işarə etdi. Onlar dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?”
Bünyadov-Məmmədəliyev:
(Məryəm onun özü ilə danışın, deyə) ona (uşağa) işarə etdi. Onlar: “Beşikdə olan uşaqla necə danışacaq?” dedilər.
Elmir Quliyev :
Она показала на него, и они сказали: "Как мы можем говорить с младенцем в колыбели?"
Ələddin Sultanov:
O zaman Məryəm ona (qucağındakı körpəyə) işarə etdi. Onlar: “Biz beşikdəki bir körpə ilə necə danışaq?” - dedilər.
Kerbelayi Malik ağa:
Bunun üzərinə onu (uşağı) işarə etdi. (Onlar) dedilər ki: ‘Beşikdə olan bir körpə ilə biz necə danışaq?’
Ələsgər Musayev:
Işarə etdilər ona tərəf. Dedilər: «Necə kəlmə kəsmək olar o kəslə ki, beşikdə olan uşaqdır?»
A.Mehdiyev və D.Cəfərli:
(Məryəm) ona (uşağa) tərəf işarə etdi (ki, ondan soruşun). Dedilər: Beşikdə olan körpə uşaqla necə danışaq?!
Kövsər Tağıyev:
(Məryəm uşaqla danışın deyə) ona işarə etdi. “Beşikdəki bir körpəylə necə danışaq?” dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məryəm uşağa tərəf işarə etdi. Onlar dedilər: "Axı biz hələ beşikdə olan körpə ilə necə danışa bilərik?".
Sabirə Dünyamalıyeva:
Belə olduqda, Məryəm ona; doğuş anında aşağı tərəfində olan adama; Zəkəriyyaya işarə etdi, hadisələri onun nəql eləməsini istədi. Zəkəriyya Məryəmin zina etmədən uşaq doğduğuna zamin olub uşağı məbəddə böyütməyi dedi. Onlar: "Biz, yüksək mövqeyə sahib olan kəslər, Sabii; bizim dinimizi tərk etmiş birinə necə söz deyək/yüksək mövqeyə sahib olan insanlar Sabii; bizim dinimizi tərk etmiş birinə necə söz söyləyər?" dedilər.