Bəqərə Surəsi 29. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yer üzündə olanların ha-mısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir.
Bünyadov-Məmmədəliyev:
Yer üzündə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!
Elmir Quliyev :
Он Тот, Кто сотворил для вас все, что на земле, а затем обратился к небу и сделал его семью небесами. Ему известно о всякой вещи.
Ələddin Sultanov:
Yer üzündə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya yönələrək onu yeddi qat göy halında tənzimləyən Odur. O, hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
O (Allah) ki, yer üzündə olanların hamısını sizin üçün yaratdı. Sonra (qüdrət iradəsiylə) göyə yönəlib, onları da yeddi (qat) göy olaraq yaratdı. O, Alimdir (hər şeyi ən yaxşı biləndir).
Ələsgər Musayev:
O Odur ki, xəlq etdi sizin üçün ərzdə varsa cəmiyyənsonra üz tutdu tərəfinə səmanın bərabər etdi onları yeddi səmalar O küllisi ilə şeyin Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Yer üzündə olanların hamısını sizin üçün yaradan, sonra isə səmaya (onun yaradılışına) başlayan, beləliklə onları (hikmətə uyğun yaradılışında heç bir nöqsan olmadan) yeddi səma halında nizama salan Odur. O, hər şeyi biləndir.
Kövsər Tağıyev:
O, yer üzündə varsa, hamısını sizin üçün yaradan, sonra göyə yönəlib onları yeddi göy halında nizamlayandır. O, hər şeyi haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Yer üzündə hər şeyi sizin üçün yaradan, sonra isə səmaya üz tutaraq, onda yeddi qat göyü quran Odur. O, hər şeyi biləndir.
Sabirə Dünyamalıyeva:
Yer üzündə varsa, hamısını sizin üçün əmələ gətirən Odur. Sonra da O, səmada hökmranlığını qurdu,[#330] səmanı yeddi qat göy halında nizama saldı. O, hər şeyi ən yaxşı biləndir.