Əlixan Musayev:
Onlardan kimsə: “Mən Ondan başqa bir tanrıyam!”– desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq.
Bünyadov-Məmmədəliyev:
(Mələklərdən) heç kəs: “Mən Ondan başqa bir tanrıyam!” – desə, onu Cəhənnəmlə cəzalandırarıq. Biz zalımlara belə cəza veririk.
Elmir Quliyev
:
А тому из них, кто скажет: "Я — бог наряду с Ним", — воздаянием будет Геенна. Так Мы воздаем беззаконникам.
Ələddin Sultanov:
Onlardan hər kim: “Ondan başqa bir ilah da mənəm!” - deyərsə, onu cəhənnəmlə cəzalandırarıq. Biz zalımları belə cəzalandırırıq.
Kerbelayi Malik ağa:
Onlardan kim: ‘Şübhəsiz ki, mən Ondan başqa bir ilaham.’ deyərsə, o zaman onu cəhənnəm ilə cəzalandırarıq. Zalımları məhz belə cəzalandırarıq.
Ələsgər Musayev:
Kim ki, deyər onlardan: «Mən ilahiyəm Ondan başqa!»,
cəzalandırarıq onu cəhənnəmlə. Biz belə cəzalandırırıq
zalimləri!
A.Mehdiyev və D.Cəfərli:
Onlardan (mələk, insan və cinlərdən) hər kim «mən (özüm) Ondan qeyri və Onun müqabilində bir tanrıyam» desə, onu Cəhənnəmlə cəzalandırarıq. (Bəli,) Biz zalımları belə cəzalandırırıq.
Kövsər Tağıyev:
Aralarından hər kim: “Allahdan başqa, şübhəsiz, mən də bir ilaham”, – desə, beləsini cəhənnəmlə cəzalandırarıq. Biz zalımları belə cəzalandırırıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Mələklərdən kim: “Mən Allahdan başqa bir tanrıyam." - desə, Biz onu cəhənnəmlə cəzalandırarıq.
Sabirə Dünyamalıyeva:
Və onlardan hər kim: "Mən, şübhəsiz Onun altındakılardan bir məbudam" desə, artıq, Biz onu cəhənnəmlə cəzalandırarıq. Şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işləyənləri Biz bax belə cəzalandırarıq.