Əlixan Musayev:
(Həmçinin) de: “Ey Rəbbim! Məni mübarək bir yerə çıxart. Sən yer verənlərin ən yaxşısısan!”
Bünyadov-Məmmədəliyev:
Həmçinin (gəmidən enəndə) belə de: “Ey Rəbbim! Məni mübarək (xeyir-bərəkətli) bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!”
Elmir Quliyev
:
Скажи также: “Господи! Приведи меня к благословенному месту, ведь Ты — Наилучший из расселяющих”".
Ələddin Sultanov:
Bir də: “Ey Rəbbim! Məni bərəkətli bir yerə endir. Axı sən məskunlaşdıranların ən xeyirlisisən!” – de.
Kerbelayi Malik ağa:
De ki: ‘Rəbbim, məni mübarək bir enişlə endir. Sən endirənlərin ən xeyirlisisən.’
Ələsgər Musayev:
Və de: «Rəbbim, mənə
mübarək bir yerdə mənzil ver və Sən xeyirli mənzil verənsən!»
A.Mehdiyev və D.Cəfərli:
Və de: «Ey Rəbbim, məni (bu gəmidə və sonra yerdə) xeyir dolu (çox bərəkətli) məkanda endir. Sən yerləşdirənlərin ən yaxşısısan.»
Kövsər Tağıyev:
Yenə de ki: “Ey Rəbbim! Məni bərəkətli bir mənzilə çatdır. Sən mənzilə çatdıranların ən xeyirlisisən”.
M.Qənioğlu və T.Bilaloğlu:
və de: "Rəbbim, məni xeyir-bərəkətli bir yerə yetir. Sən ki məskən verənlərin ən yaxşısısan!".
Sabirə Dünyamalıyeva:
de! Və: 'Ey Rəbbim! Məni bolluq olan bir yerdə endir/mənə bol nemət ver. Sən, sığınacaq verənlərin/nemət verənlərin ən yaxşısısan' de" deyə vəhy etdik.