Əlixan Musayev:
Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.
Bünyadov-Məmmədəliyev:
And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).
Elmir Quliyev
:
Это он отвратил меня от Напоминания (Корана) после того, как оно дошло до меня". Воистину, дьявол оставляет человека без поддержки.
Ələddin Sultanov:
Həqiqətən, Zikr (Quran) mənə gəldikdən sonra o məni azdırdı”. Şeytan insanı (fəlakətə apardıqdan sonra orada) tənha qoyar.
Kerbelayi Malik ağa:
And olsunki, mənə zikr (Qurandakı elm) gəldikdən sonra məni zikrdən sapdırdı və şeytan insana yardım etməz.
Ələsgər Musayev:
Məni zəlalətə saldı yad etmədən, ondan sonra ki, gəldi mənə. Və şeytan insanı tərk edən olar!»
A.Mehdiyev və D.Cəfərli:
«Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər və Qur’anın həqiqəti) mənə çatdıqdan sonra o (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən və Qur'andan) yayındırdı.» Şeytan insanı həmişə xar edib və (indi də) edir.
Kövsər Tağıyev:
“And olsun, Qur`an mənə gəldikdən sonra məni ondan o sapdırdı”.
M.Qənioğlu və T.Bilaloğlu:
Zikr [Quran] mənə gəldikdən sonra o, məni ondan yayındırdı. Doğurdan da şeytan (bərk ayaqda) insanı qoyubqaçar.
Sabirə Dünyamalıyeva:
Heç şübhəsiz ki, mənə gələn Öyüddən/Kitabdan məni o sapdırdı. Və şeytan, insanı rüsvay edən imiş! deyəcək.