Əlixan Musayev:
Həqiqətən, siz kişilərin yanına (şəhvətlə) gedir, yol kəsir və məclislərinizdə (bir-birinizlə) murdar işlər görürsünüz?” Qövmünün cavabı isə ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!”– demələri oldu.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən siz (şəhvətlə) kişilərə yaxınlaşır, (müsafirlərin namusuna toxunmaq, mallarını əllərindən almaq üçün) yol kəsir və məclislərinizdə (bir-birinizlə) çirkin iş görürsünüz?” Tayfasının (Lutun sözlərinə) cavabı ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!” – deməkdən ibarət oldu.
Elmir Quliyev
:
Неужели вы вожделеете мужчин, перекрываете дороги и совершаете предосудительное на своих сборищах?" В ответ его народ лишь сказал: "Нашли на нас мучения от Аллаха, если ты — один из тех, кто говорит правду".
Ələddin Sultanov:
Siz kişilərə (şəhvətlə) yaxınlaşır, yol kəsir və məclislərinizdə çirkin işlər görürsünüz?” Qövmünün cavabı isə: “Əgər doğru söyləyirsənsə, bizə Allahın əzabını gətir!” – demələri oldu.
Kerbelayi Malik ağa:
Həqiqətən siz kişilərin yanına gedəcək, yol kəsəcək və məclislərinizdə çirkin işlərmi görəcəksiniz? Bunun üzərinə onun qövmünün cavabı: ‘Əgər doğru danışlardansansa, bizə Allahın əzabını gətir.’ deməkdən başqa bir şey olmadı.
Ələsgər Musayev:
Ə, siz yaxınlıq edirsiniz kişilərlə və yol kəsirsiniz və öz yığıncaqlarınızda bəyənilməyəni edirsiniz?» Onun qoumunun cavabı ancaq bu oldu ki, dedilər: «Gətir bizə Allahın əzabını, əgər sadiqlərdənsən!»
A.Mehdiyev və D.Cəfərli:
«(Doğrudanmı) siz kişilərlə cinsi əlaqədə olur və yol kəsirsiniz (nəsil artırma yolunu yaxud da şəhərin yolunu oradan keçənlərin üzünə bağlayırsınız) və ümumi məclislərinizdə çirkin işlər görürsünüz?!» Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: «Əgər düz danışanlardansansa, bizə Allahın əzabını gətir!»
Kövsər Tağıyev:
“Siz hələ də kişilərə yaxınlaşır, (cinsi ehtiyacı qarşılamaq üçün məşru) yolu bağlayır və məclislərinizdə ədəbsizlik edirsiniz?” Qövmünün cavabı isə ancaq “Əgər doğru söyləyənlərdənsənsə, bizə Allahın əzabını gətir!” deməkdən ibarət oldu.
M.Qənioğlu və T.Bilaloğlu:
Doğrudanmı siz kişilərin yanına gedir, yolu kəsir və toplaşdığınız yerlərdə xoşagəlməz iş tutursunuz?" Onun camaatının cavabı isə ancaq: "Əgər düz danışansansa, bizə Allahın əzabını gətir." - demələri oldu.
Sabirə Dünyamalıyeva:
Siz həqiqətən kişilərə yaxınlaşacaq, yol kəsəcək və məclislərinizdə ədəbsizlik edəcəksiniz?" demişdi. Bu halda, qövmünün cavabı yalnızca belə oldu: "Əgər doğru deyirsənsə, Allahın əzabını bizə gətir!"